
Google şirkəti istifadəçilərin yerləşdikləri yerlər barədə məlumatların yığılmasını təsdiqlədi
Elm & Texnologiya
17.08.2018
Emil
Google şirkəti Location History funksiyasının deaktiv edilməsi
halında da bəzi vəziyyətlərdə istifadəçilərin yerləşdikləri yerlər barədə məlumatların
yığıldığını təsdiqləyib. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə
Associated Press saytı bu barədə tədqiqat aparmış və belə nəticəyə gəlmişdi ki,
istifadəçi hətta Location History funksiyasını deaktiv etdikdə belə şirkətin
axtarış sistemi və servisləri istifadəçinin yerləşdiyi yer barədə məlumatları
yığır.
Daha öncədən şirkətin məlumatlarında qeyd olunmuşdu ki, sözügedən
funksiyanın deaktiv olunması halında Google istifadəçinin yerləşdiyi yer barəsində
məlumat yığmır. Associated Press saytı isə şirkətin bu bəndinin dəyişdiyinə
fikir verib. İndi həmin bənddə qeyd olunub ki, istifadəçi hətta Location
History funksiyasını deaktiv etsə də şirkətin Search və Maps kimi servisləri onun
yerləşdiyi yer barədə məlumatları qeydə alır. “Biz Location History barədə
izahatı yenilədik. Beləliklə həmin izahat istifadəçilər üçün anlaşılan və aydın
olacaq” – deyə Google şirkəti bildirib.
Paylaş
Bənzər xəbərlər