main-post-cover

    Google şirkəti kənar Android tətbiqləri mağazalarının təhlükələrindən danışdı

    Elm & Texnologiya
    12.02.2020
    Farid Pardashunas
        Android cihazların zərərli proqram təminatlarından qorunma sistemi olan Google Play Protect zərərli proqram təminatlarının saylarının artdığını müşahidə edib. Google şirkətinin məlumatlarına əsasən keçən il həmin sistem 2 milyarda yaxın zərərli proqram təminatını bloklayıb. Zərərli proqram təminatlarının saylarının artmasını Google şirkəti qeyri rəsmi tətbiqlər mağazasından istifadə ilə əlaqələndirir. Bu barədə Zdnet saytı xəbər verib.
        Android tətbiqlərin skan olunması üçün nəzərdə tutulmuş Play Protect sistemi keçən il kənar resurslarda olmuş 1.9 milyard ədəd şübhəli yüklənməni bloklayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2018 və 2017-ci illərdə bloklanmış bu cür yüklənmələrin sayları 1.6 milyard ədəd olub. Şirkətin fikrincə zərərli proqram təminatlarının saylarının yüksəlməsi iki səbəb ilə bağlıdır.
        Birinci səbəb Play Protect sisteminin təkmilləşdirilməsidir. Təkmilləşdirilmə səbəbilə Play Protect sistemi daha dəqiq şəkildə zərərli proqram təminatlarını təyin edərək onları bloklayır. İkinci səbəb isə Android istifadəçilərinin öz cihazlarına tətbiqləri Google Play-dən yükləməmələridir. Hal hazırda Play Protect bir çox funskiyalara sahibdir. Həmin funksiyalar sayəsində Play Protect sistemi Android cihazlarda antivirus rolunu oynayır.
        Standart olaraq Play Protect cihaza quraşdırılan hər bir tətbiqi skan edir. 2018-ci ilin noyabr ayında Play Protect-in əldə etmiş olduğu yenilənmə vasitəsilə o hətta istifadəçilərin hələ xəbər tutmadıqları zərərli tətbiqləri internetdə monitorinq edərək onları indeksləyir. Google şirkətinin verdiyi məlumata əsasən Play Protect sistemi hal hazırda gün ərzində 100 milyarddan çox yoxlanış keçirdir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər