main-post-cover

    Google şirkəti orta büdcəli Pixel smartfonunu satışa çıxaracaq

    Elm & Texnologiya
    03.06.2018
    Farid Pardashunas
        Məşhur insayder Roland QuandtGoogle şirkətinin yeni smartfonlari barəsində məlumatlar verib. Onun sözlərinə əsasən Pixel 3Pixel 3 XL flaqman modellərindən başqa şirkət həmçinin orta büdcəli Pixel modeli üzərində də çalışır. Roland-ın sözlərinə inansaq büdcəli Pixel modeli üzərində işlərə şirkət bir ay bundan öncə start verib. Onun əlində olan yeganə məlumata əsasən büdcəli Pixel modeli bir neçə müddət bundan öncə təqdim olunmuş 8 nüvəli Snapdragon 710 prosessoru əsasında çalışacaq. Qeyd etmək lazımdır ki, təqdim olunmuş bu yeni prosessor 600 seriyalı prosessorlardan daha güclü performans sərgiləyir və 800 seriyalı prosessorlarda olan yeni nəsil texnologiyaların çoxunu dəstəkləyir. Roland bildirib ki, şirkətin büdcəli Pixel modeli 2019-cu ilin birinci yarısında satışa çıxacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər