main-post-cover

    Google şirkəti Pixel 2 və Pixel 2 XL smartfonlarının satışlarını dayandırıb

    Elm & Texnologiya
    02.04.2019
    Emil Nəcəfov
        Google şirkətinin Google Store online mağazasında birdən birə Pixel 2 Pixel 2 XL smartfon modelləri yoxa çıxıb. Yəni sözügedən onlina mağazada bu smartfonların satışları dayandırılıb. Bu barədə Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Pixel 2 və Pixel 2 XL smartfon modelləri 2017-ci ildə satışa çıxmışdılar. Keçən il isə Pixel 3 ilə Pixel 3 XL modelləri satışa çıxmışdılar.
        İkinci nəsil Pixel smartfonları online mağazadan yığışdırılıb, üçüncü nəsil Pixel modellərinin isə qiymətləri bir qədər aşağı endirilib. Dördüncü nəsil Pixel smartfonlarının təqdimatına hələ yarım il vaxt var. Buna görə də ikinci nəsil Pixel smartfonlarının satışlarının dayandırılması çox güman ki, şirkətin Pixel 3a ilə Pixel 3a XL büdcəli smartfon modellərinin təqdimatına hazırlaşması ilə əlaqəlidir.
        Son məlumatlara əsasən büdcəli Pixel modelləri bu ilin yaz fəslində təqdim olunmalıdırlar. Nəzərə alsaq ki, Pixel 3a ilə Pixel 3a XL modellərinin qiymətləri (450-500 avro) heç də büdcəli olmayacaqlar, bu baxımdan Google şirkətinə yeni smartfonlar ilə ikinci nəsil Pixel modelləri arasındakı rəqabət lazım deyil. Qeyd etmək lazımdır ki, sözügedən smartfonlar yalnız Google Store online mağazasından yığışdırılıb. Dilerlərdə bu smartfonlar hələ də satışdadır.
    Linki kopyala