main-post-cover

    Google şirkəti Pixel 3 XL smartfonunun sadələşdirilmiş versiyası üzərində çalışır

    Elm & Texnologiya
    06.12.2018
    Farid Pardashunas
        Biz artıq bilirik ki, Google şirkəti Pixel 3 smartfon modelinin sadələşdirilmiş versiyası olan Pixel 3 Lite (Sargo kod adlı) üzərində çalışır. Bugün isə internetdə daha bir smartfon modeli haqqında məlumat ortaya çıxıb. OnLeaks adlı məşhur insayderin verdiyi məlumata əsasən şirkət həmçinin Pixel 3 XL modelinin də sadələşdirilmiş versiyası üzərində çalışır. Bir neçə müddət bundan öncə internetdə şirkətin Sargo və Bonito kod adlarına sahib smartfon modelləri barəsində məlumatlar ortaya çıxmışdı.
        Əgər Sargo kod adına sahib smartfon modeli Pixel 3 Lite-dırsa, deməli Bonito kod adına sahib smartfon modeli məhz Pixel 3 XL Lite-dır. OnLeaks-in verdiyi məlumata əsasən Pixel 3 XL Lite modelinin gövdə ölçüsü adi Pixel 3 XL ölçüsündə olacaq və smartfon Snapdragon 710 prosessoru ilə təchiz olunacaq. Smartfon barəsində heç bir digər məlumat yoxdur. Çox güman ki, Pixel 3 XL Lite modeli Pixel 3 Lite ilə birlikdə gələn ilin birinci yarısında təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər