main-post-cover

    Google şirkəti Pixel 4 smartfonunun ilk rəsmi fotosunu təqdim etdi

    Elm & Texnologiya
    13.06.2019
    Farid Pardashunas
        Google şirkəti öz yeni smartfonunun ilk rəsmi fotosunu təqdim etdi. Beləliklə Google Pixel 4 modelinin xarici görünüşü təsdiq olundu. Bu barədə Gagadget saytı xəbvər verib. Təqdim olunmuş fotodakı Pixel 4-ün dizaynı bir neçə müddət bundan öncə OnLeaks ləqəbi ilə tanınan məşhur insayderin təqdim etmiş olduğu fotodakı cihazın dizaynı ilə eynidir. Smartfon şüşə materialdan hazırlanmış gövdəyə, ağ rəngli yandırıb/söndürmə düyməsinə və ən əsası ikili arxa kameraya sahib olacaq.

        İkili kamera smartfonun arxa panelindəki kvadrat formalı xüsusi sahənin daxilinə yerləşdiriləcək. Bu baxımdan smartfonun arxa paneli iPhone 2019 modelinin arxa panelinə bənzəyəcək. Belə ki, bu il təqdim olunacaq iPhone modellərinin arxa kameraları da məhz bu cür yerləşdiriləcəklər. Bundan əlavə olaraq Pixel 4-ün arxa panelindəki ikili kameranın yanında LED işıəqlandırma sistemini, mikrofonu və hansısa nöqtəni görmək olar.
        Çox güman ki, həmin nöqtə ya RGB sensor ya da ToF sensordur. Təəssüflər olsun ki, smartfonun ön panelinin fotosu töqdim olunmayıb. Əvvəlki modellər kimi Pixel 4 də iki versiyada təqdim olunacaq: Adi Pixel 4 və Pixel 4 XL. Məlumata əsasən smartfonlar öz aralarında yalnız ekran ölçüləri baxımdan fərqlənəcəklər. Digər texniki göstəricilər üzrə isə smartfonlar eyni olacaqlar. Pixel 4-ün Snapdragon 855 prosessoru və 6 GB RAM ilə təchiz olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər