main-post-cover

    Google şirkəti qatlana bilən Pixel smartfon modeli üzərində çalışır

    Elm & Texnologiya
    10.05.2019
    Farid Pardashunas
        Google şirkəti öz rəqiblərindən geri qalmaq niyyətində deyil və buna görə də şirkət özünün qatlana bilən smartfon modeli üzərində çalışır. Bu barədə şirkətin Pixel smartfon modelləri şöbəsinin rəhbəri Mario Queiroz ABŞ-ın CNET saytına müsahibəsində bildirib. Bu barədə Gagadget saytı xəbər verib. Onun sözlərinə əsasən şirkət artıq uzun müddətdir ki, elastiki ekrana sahib cihazın prototipi üzərində çalışır. Təbii ki, şirkətin ilk qatlana bilən smartfon modelinin texniki göstəriciləri və onun hansı üsul ilə qatlanacağı barəsində məlumatları Mario bildirməyib.
        O sadəcə qeyd edib ki, şirkətin ilk qatlana bilən smartfon modelini yaxın zamanda gözləmək lazım deyil. Şirkət hələki bu cür cihazların bazarını müşahidə edərək təyin edəcək ki, həmin cihazlar məşhurluq qazanacaqlarmı və ümumiyyətlə bu cür cihazların kommersiya istehsalına investisiya yatırmaq lazımdırmı və s. Əslində bu çox məntiqli səslənir. Belə ki, qatlana bilən smartfon bazarı hələ yenidir və həmin bazarda istehsal olunan cihazlar baha başa gəlir. Məsələn artıq təqdim olunmuş Galaxy Fold ilə Huawei Mate X modellərinin qiymətləri 2000$-dan başlayırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər