main-post-cover

    Google şirkəti reklam elanlarının göstərilməsi sayını çoxaldacaq

    Elm & Texnologiya
    15.05.2019
    Farid Pardashunas
        Google şirkəti yaxın zaman ərzində mobil cihazlarda reklam elanlarının göstərilməsi sayını çoxaldacağını elan etdi. Şirkətin sözlərinə əsasən bu cür qərar smartfon istifadəçilərinin lazımi məhsul barəsində məlumatların tapılması prosesini sürətləndirəcək. Bu dəyişiklik təkcə şirkətin servislərini deyil həm də bəzi cihazların sistem yenilənmələrini də əhatə edəcək. Bu barədə 4pda saytı xəbər verib. Bununla yanaşı reklam elanlarının göstərilməsi üsulu da dəyişəcək. Belə ki, Discovery adlı reklam formatı çərçivəsində reklam bannerləri səhifənin yuxarı hissəsində təvirlər qalereyası ilə əvəz ediləcək.
        
        “Daha interaktiv vizual format ilə axtarış yanaşmasının birləşməsi nəticəsində qalereya şəklində olan reklam sizin brendinizin nə təklif etməsi barəsində məlumatın çatdırılması prosesini sadələşdirir. Biz aşkar etdik ki, özündə bir və ya bir neçə reklam elanını birləşdirən qalereya tərz elan qrupları mobil cihazlardakı axtarış nəticələri səhifələrinin yuxarı hissələrində istifadəçi ilə ortalama 25% daha çox qarşılıqlı əlaqədə (reklama ödənişli kliklər və ya baxışlar) olurlar” - deyə Google şirkəti bildirib.
        Həmin reklam elanları Google axtarış nəticələrində, bəzi Android smartfonların baş ekranlarında, Google tətbiqlərində və həmçinin mobil cihazlardakı Google servisinin baş səhifəsində ortaya çıxacaqlar. Gələcəkdə bu siyahıya həmçinin Google ImagesYouTube servisləri də daxil olacaqlar. Həmçinin şirkət bildirib ki, bu cür reklam formatı həm də iOS istifadəçilərini əhatə edəcək. Reklam verənlərin banner reklamlarının yeni yayılması üsuluna keçmələri isə bu il ərzində planlaşdırılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər