
Google şirkəti Shoelace adlı yeni sosial şəbəkəsini test edir
Elm & Texnologiya
11.07.2019
Emil
Google şirkəti Shoelace adlı yeni sosial şəbəkəsinin testinə start verib. Bu sosial şəbəkə ortaq məşğuliyyətlərin yerinə yetirilməsi və ya tədbirlərə birlikdə gedilməsi üçün insanların axtarılmasında yardımçı olacaq. Bu barədə The Next Web saytına istinadən Rusbase saytı xəbər verib. Məlumata əsasən Shoelace sosial şəbəkəsinin iOS və Android versiyası var. Lakin o hələki Nyu Yorkda fəaliyyət göstərir və ondan istifadə etmək üçün xüsusi dəvətnamə almaq lazımdır.
Sosial şəbəkə insanları eyni maraqlara sahib digər insanlarla birləşdirməyi söz verir. Bu sosial şəbəkədə istifadəçi öz görüşünü yarada bilər və ya hansısa tədbirə gedəcəyi barəsində yaza bilər. Bununla yanaşı istifadəçi gedəcəyi tədbirə bu sosial şəbəkə vasitəsilə dostlarını və ya tanımadığı insanları dəvət edə bilər. Sosial şəbəkə həmçinin istifadəçinin üstlünlük verdikləri mövzular üzrə ona tədbirləri məsləhət görəcək. Qeyd etmək lazımdır ki, Google şirkəti artıq bu cür konsepsiyaya sahib Schemer adlı tətbiqi 2011-ci ildə istifadəyə vermişdi. Lakin 2014-cü ildə həmin layihə bağlanmışdı.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
