Logo
    main-post-cover

    Google şirkəti smart saat istehsalçısı Fitbit'i almaq istəyir

        Görünür, Google şirkəti daşınıla bilən cihazlar bazarını fəth etmək fikrindən dönmür. Reuters saytının öz mənbələrinə istinadən verdiyi məlumata əsasən Google şirkətinin daxil olduğu Alphabet holdinqi ABŞ-ın Fitbit şirkətinin alınması üzrə danışıqlar aparır. Qeyd etmək lazımdır ki, Fitbit şirkəti smart saat və fitnes qolbaqların istehsalı ilə məşğuldur.
        Hər iki şirkət bu məsələdə bir məlumat vermir. Buna baxmayaraq böyük ehtimal ilə bu müqavllə nəticədə bağlanacaq və Google şirkəti Fitbit-i alacaq. Bu cür qərar Gogle şirkəti üçün məntiqlidir. Belə ki, şirkət artq uzun zamandır ki, digər smart saat istehsalçıları üçün proqram təminatını (WearOS) hazırlayır. Görünür, şirkət artıq öz smart saat modelini hazırlamaq istəyir. Çox güman ki, bu, keçən ildən bəri barəsində məlumatar yayılan Pixel Watch olacaq.
    Paylaş
    Bənzər xəbərlər