Google şirkəti türkiyəli istifadəçilər üçün öz servislərinin dəstəyini dayandırdı: Səbəb nədir?

Google şirkəti türkiyəli istifadəçilər üçün öz servislərinin dəstəyini dayandırdı: Səbəb nədir?

Texnologiya
17.12.2019 PAYLAŞIM

    Google şirkəti bundan sonra Türkiyə bazarı üçün nəzərdə tutulmuş smartfonlarda Google Mobile Services-dan istifadə üçün lisenziya təqdim etməyəcək. Bu yeni qərar təkcə yerli istehsalçıları deyil həm də Android əməliyyat sisteminə sahib bütün smartfon istehsalçıları üçün nəzərdə tutulub. Bu barədə Reuters saytı xəbər verib. Bundan əlavə olaraq Google şirkəti Türkiyə regionunda istifadə olunan bütün Android smartfonlar üçün sistem yenilənmələrinin təqdim olunmasını da dayandırıb.

    Buna baxmayaraq hal hazırda istifadəçilər tərəfindən istifadə olunan və mağazalarda hələ satılmamış Android smartfonlarda Google servisləri çalışmağa davam edəcəklər. Hər şey ondan başladı ki, Rusiyanın Yandex şirkəti Türkiyənin antimonopoliya agentliyinə Google barəsində şikayət göndərib. Belə ki, Yandex Google şirkətini proqram təminatının yayılması üzrə olan razılaşmada dəyişikliyin edilməsində günahlandırıb. Google şirkəti öz axtarış sisteminin bir standart kimi istifadəçilərə təqdim edilməsinin dəyişdirilməsinin mümkünsüz olduğunu qeyd edib.


    Nəticədə Türkiynin antimonopoliya agentliyi Yandex şrkətinin tərəfini tutaraq Google şirkətini 17.4 milyon dollar dəyərində cərimələyib. Daha sonra Google şirkəti öz siyasətində bir sıra dəyişikliklər etsə də həmin dəyişikliklər Türkiyənin antimonopoliya agentliyini qane etməyiblər. Növbəti mərhələdə antimonopoliya agentliyi Google şirkətinin gündəlik gəlirinin 0.05%-nin əldə edilməsi üzrə cərimə təyin edib.

    Bu cərimə isə sözügedən problemin həll olunmasına kimi qüvvədə qalacaq. Antimonopoliya agentliyi şirkətə 60 gün müddət verib. Bundan əlavə olaraq Türkiyə hökuməti digər bir məsələ ilə bağlı istintaqın ilkin nəticələrini təqdim edərək bildirib ki, Google şirkəti axtarış və reklam sahələrindəki dominantlığından suistifadə edərək düzgün rəqabətin olmaması sayəsində öz servislərinin inkişaf etidirlməsini və onların yayılmasını reallaşdırır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi brendi özünün Redmi Watch adlı ilk smart saatını təqdim edib - QİYMƏTİ..

Yeni smartfonlarla birlikdə Xiaomi-nin Redmi brendi həmçinin özünün Redmi Watch adlı ilk smart saatı..


SpaceX-in yeni rekordu: Eyni Falcon 9 raketi 7-ci kosmik uçuş missiyasını uğurla..

SpaceX şirkəti çoxistifadəli kosmik aparatlar sahəsində növbəti rekorda imza atıb. Belə ki, şirkət e..


Cənubi Koreyadan olan tədqiqatçılar naqilsiz infraqırmızı şarj texnologiyasını y..

Cənubi Koreyadan olan tədqiqatçılar smartfonlar üçün naqilsiz infraqırmızı şarj texnologiyasını yara..


İnsayderlər Intel şirkətinin 5 nanometrlik prosessorlarının nə zaman istehsal ol..

Intel şirkəti özünün 7 nanometrlik prosessorlarını hələ təqdim etməyib. Lakin buna baxmayaraq insayd..


Apple M1 prosessoru real testlərdə Intel prosessorunu məhv edib (VİDEO)

İnternetdə Apple şirkətinin öz noutbukları üçün nəzərdə tutulmuş M1 adlı 5 nanometrlik prosessorunun..


İnsayderlər Apple şirkətinin nə zaman 4 nanometrlik mobil prosessora keçid edəcə..

Apple şirkətinin iPhone 12 smartfonları 5 nanometrlik prosessor əldə etmiş ilk smartfonlar oldular. ..

×