main-post-cover

    Google şirkəti yaş diskriminasiyasına görə 11 milyon dollar təzminat ödəyəcək

    Elm & Texnologiya
    24.07.2019
    Farid Pardashunas
        Google şirkəti yaşlarına görə işə götürülmədikləri səbəbilə əməkdaşlar tərəfindən qaldırılmış məhkəmə iddiasının nizamlanması üçün 11 milyon dollar vəsaitində təzminatın ödənilməsini qəbul edib. Bu barədə Engadget saytına istinadən Gagadget saytı xəbər verib. Təzminatı yaşı 40-dan başlayan 227 nəfər insan əldə edəcək. Bu isə hər bir şəxs üçün 35.000$ deməkdir.
        Yerdə qalan 2.75 milon dolları isə zərər çəkmişlərin hüquqşünasları əldə edəcəklər. Google öz əməkdaşları arasında yaş məsələsi ətrafında treninqlərin keçiriləcəyinə söz verib. Həmçinin şirkət daxilində xüsusi komitet yaradılacaq və həmin komitet insanların işə götürülən zaman yaş baxımından yaranan suallar ilə məşğul olacaq.
        Qeyd etmək lazımdır ki, bu məsələdə şirkəti ilk məhkəməyə vermiş şəxs Cheryl Fillekes adlı qadın olub. O, yaş göstəricisi üzrə sistematik diskriminasiyada Google şirkətini günahlandırıb. Google şirkəti isə bu iddiaları təkzib edib və bildirib ki, Cheryl ilə yanaşı iddiham qaldırmış digər şəxslərin də texniki bacarıqları onların istədikləri vəzifələrə uyğun gəlmir. Buna baxmayaraq Google şirkəti təzminatın ödənilməsinə razılıq verib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər