Google şirkəti yeni Pxel 4 smartfon seriyasının təqdimat tarixini elan etdi
Elm & Texnologiya
17.09.2019
Farid Pardashunas
Google şirkəti hər il ənənəvi olaraq keçirilən Made by Google adlı tədbir üçün olan dəvətnamələri jurnalistlərə göndərib. Beləliklə sözügedən tədbir 15 oktyabr tarixində Nyu Yorkda baş tutacaq. Təqdimat tədbirinin canlı yayımı isə YouTube servisində keçiriləcək. Bu barədə The Verge saytı xəbər verib. Dəvətnamədə “Come see a few new things made by Google” cümləsi əks olunub. Bu isə o deməkdir ki, təqdimat tədbirində şirkət öz yeni məhsullarını təqdim edəcək.
İlk öncə söhbət, Google Pixel 4 və Pixel 4 XL smartfon modellərindən gedir. Heç istisna deyil ki, təqdimatda şirkət yeni seriyanın daha büdcəli versiyası Pixel 4a-nı və 5G şəbəkə dəstəkli Pixel 4 XL 5G-ni təqdim etsin. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə məşhur insayder Evan Blass da bildirmişdi ki, şirkət öz təqdimat tədbirini 15 oktyabr tarixində keçirdəcək. Beləliklə onun sözləri rəsmi olaraq təsdiqləndi. Bununla yanaşı təqdimat tədbirində Pixelbook 2 noutbuk modelinin və Google Home smart səsgücləndiricisinin də təqdim olunacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ