
Google şirkətini məhkəməyə verdilər: Səbəb nədir?
Elm & Texnologiya
21.08.2018
Emil
Kaliforniyanın San Dieqo şəhər sakini Napoleon PatacsilGoogle şirkətini qanunsuz olaraq Android və iOS cihaz istifadəçilərinin yerləşdikləri
yerləri izləməklə günahlandıraraq şirkəti məhkəməyə verib. Məhkəmə iddiasında
qeyd edilib ki, Location History funksiyasının deaktiv olunmasından
sonra şirkətin öz istifadəçilərini izləməməsi iddiası vasitəsilə Google hamını
aldadır.
Belə ki, bu məlumat heç doğru deyil və Location History funksiyasının
deaktiv olunmasından sonra da Google şirkəti istifadəçilərin yerləşdikləri
yerləri izləyir. Napoleon Patacsil ümid edir ki, gələcəkdə bu məhkəmə iddiası
kollektiv xarakter daşıyacaq və digər insanlar da öz narazılıqlarını bu şəkildə
bildirəcəklər. Patacsil isə öz növbəsində özünə mənəvi zərərin vurulması və
konfidensiallıq üzrə Kaliforniya qanunvericiliyinin pozulması üzrə Google şirlətindən
təzminat tələb etmək niyyətindədir. Onun hansı miqdarda təzminat tələb edəcəyi
barəsində heç bir məlumat yoxdur.
Paylaş
Bənzər xəbərlər