main-post-cover

    Google şirkətinin sahibi olan Alphabet holdinqinin bazar dəyəri 1 trilyon dollara yüksəldi

    Elm & Texnologiya
    17.01.2020
    Emil Nəcəfov
        Google şirkətinin sahibi olan Alphabet holdinqi tarixində ilk dəfə olaraq 1 trilyon dollar bazar dəyərinə yüksələ bildi. Beləliklə Alphabet 1 trilyon dollar bazar dəyəri statusunu əldə etmiş dördüncü ABŞ şirkəti oldu. Bu barədə Rusbase saytı xəbər verib. 16 dekabr tarixində NASDAQ birjasındakı hərraclar nəticəsində Alphabet holdinqinin səhmləri 0.8 bahalaşaraq 1450$ oldu. Dekabr ayında Google şirkətinin CEO-su Sundar Pichai-nin Alphabet holdinqinə rəhbərlik edəcəyi məlum olandan bəri holdinqin səhm qiymətləri yüksəlməyə başladı.
        Məlumatda qeyd edilib ki, Sundar Pichai-nin maaşının şirkətin gəlir göstəricilərindən asılı olacağı məsələsi investorları qane edir. ABŞ-ın dəyərli kağızları və birjaları üzrə komissiyasına təqdim edilmiş sənəddə Alphabet holdinqi qeyd edib ki, Sundar Pichai-nin start maaşı ildə 2 milyon dollar təşkil edəcək. Lakin əgər şirkət öz gəlirləri üzrə məqsədlərinə çata bilsə həmin vəsait 150 milyon dollara yüksələcək. Qeyd etmək lazımdır ki, 1 trilyon dollar bazar dəyəri statusunu əldə etmiş ilk ABŞ şirkəti Apple olmuşdu. Bu, 2018-ci ildə baş vermişdi.
        Daha sonra həmin statusu Microsoft Amazon şirkətləri də əldə etdilər. Hal hazırda Apple ilə Microsoft şirkətlərinin bazar dəyərləri 1 trilyon dollardan çoxdur. Belə ki, Apple 1.38 trilyon dollar bazar dəyərinə, Microsoft isə 1.27 trilyon dollar bazar dəyərinə sahibdir. Həmin vaxtdan bəri Amazon-un bazar dəyəri 931 milyard dollara enib. ABŞ-ın IT nəhənglərindən təkcə Facebook hələ trilyon dollarlıq bazar dəyəri statusuna yaxınlaşmayıb. Onun bazar dəyəri hal hazırda 620 milyard dollar təşkil edir.
    Linki kopyala