main-post-cover

    Google şirkətinin saytında Android 11 Developer Preview-nun səhifəsi ortaya çıxıb

    Elm & Texnologiya
    14.02.2020
    Farid Pardashunas
        Görünür, Android 11-in tərtibatçılar üçün olan versiyasının təqdimatı artıq çox yaxındır. Belə ki, Google şirkətinin rəsmi saytında Android 11 Developer Preview adlı səhifə ortaya çıxıb. Təbii ki, bir neçə müddət keçdikdən sonra həmin səhifə silinib. Lakin Androidpolice saytı səhifənin screenshotunu etməyi bacarıb. Təəssüflər olsun ki, Android 11 barəsində məlumatlar həmin səhifədə əks olunmayıblar.
        Sözügedən səhifədə sadəcə olaraq qeyd olunub ki, Android 11 yaxşılaşdırılmış konfidensiallıq ayarlarına, yeni funksiyalara və yenilənmiş API-lara sahib olacaq. Çox güman ki, şirkət Android 11 Developer Preview-nu ya bu ayın sonunda ya da gələn ayın əvvəlində təqdim edəcək. Əməliyyat sisteminin tam versiyası isə may ayında keçiriləcək Google I/O 2020 tədbirində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər