Google şirkətinin soyuq nüvə sintezi tədqiqatları uğursuzluqla nəticələnib
Elm & Texnologiya
30.05.2019
Farid Pardashunas
Təcrübələrə 10 milyon dollar xərcləyərək Google şirkəti otaq temperaturunda nüvə sintezinin baş verəcəyi üzrə heç bir sübut tapa bilmədi. Bununla belə investisiyalar heç də hədər getmədi. Bu barədə Futurism saytına istinadən Hightech.plus saytı xəbər verib. İki atom nüvəsinin birləşməsi sayəsində böyük həcmli enerji ayrılır.
Məhz bu proses sayəsində bizim Günəş və digər ulduzlar mövcud ola bilirlər. Həmin prosesi Yer kürəsi şərtləri çərçivəsində reallaşdırmağı bacararaq insan sivilizasiyası ekoloji təmiz sonsuz enerji mənbəyi əldə edə bilər. Lakin indiyənə kimi otaq temperaturunda nüvə sintezini işə salmaq cəhdləri uğursuzluqla nəticələnib. 2015-ci ildə soyuq nüvə sintezi məsələsi ilə Google şirkəti maraqlanmağa başladı. Şirkət bütün dünya üzrə 30 alimə ümumilikdə 10 milyon dollar vəsait ayıraraq onlardan bu texnologiyanın perspektivlərinin tədqiq olunmasını istədi.
Bu tədqiqat nəticəsndə çoxlu sayda məqalələr işıq üzü gördü. Lakin tədqiqatların nəticələri heç də ürəkaçan olmayıb. Belə ki, soyuq nüvə sintezinin mümkün olacağı üzrə heç bir sübut aşkar edilməyib. Bu tədqiqatlar soyuq nüvə sintezi arzularına demək olar ki, son qoyur. Buna baxmayaraq Google şirkətinin investisiyaları heç də hədər getməyib. Belə ki, bu layihə çərçivəsində ekstremal vəziyyətlərdə yaxşı çalışan alətlər ilə materiallar hazırlanıb. Onlar digər sahələrdə xeyir gətirə bilərlər. Soyuq nüvə sintezindən fərqli olaraq termonüvə sintezinin perspektivləri daha ürəkaçandır. İlk işlək termonüvə reaktoru artıq bu il İngiltərə də istifadəyə verilə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək