Google şirkətinin yaradıcıları Larry Page və Sergey Brin, Alphabet rəhbərliyindən çıxırlar

Google şirkətinin yaradıcıları Larry Page və Sergey Brin, Alphabet rəhbərliyindən çıxırlar

Texnologiya
04.12.2019 PAYLAŞIM

    Google şirkətinin yaradıcıları Larry Page Sergey Brin, Alphabet holdinqinin rəhbərliyindən çıxacaqlar. Qeyd etmək lazımdır ki, Larry Page holdinqin general direktoru, Sergey Brin isə prezidenti vəzifəsində çalışırdı. Bu barədə Vc.ru saytı xəbər verib. Bundan sonra Alphabet holdinqinə Google şirkətinin CEO-su Sundar Pichai rəhbərlik edəcək. O həmçinin Google şirkətindəki CEO vəzifəsində də qalacaq və Alphabet holdinqinin prezidentlik vəzifəsi sadələşdiriləcək.

    Buna baxmayaraq holdinqdəki səs sayının çox hissəsi Larry Page ilə Sergey Brin-də qalacaq. Larry Page ilə Sergey Brin-in təqdim etmiş olduqları məktubda onlar bildiriblər ki, şirkətin strukturundakı dəyişikliklərin mümkün olduğu halda onlar hakimiyyəti saxlamaq istəmirlər. Onlar əvvəldə də olduğu kimi holdinqin direktorlar şurasında çalışmağa davam edəcəklər və holdinqin investorları qismində qalacaqlar.


    "Alphabet-in öz mövqeyini gücləndirdiyi, Google və digər şöbələrinin effektiv çalışdıqları dövrün çatdığı bir vaxtda idarəetmə strukturunun sadələşdirilməsinin zamanı gəlib çatdı. Biz, şirkətin yaxşı idarə olunması üsulunun mövcud olduğunu bilirdiksə, heç zaman rəhbərlik vəzifələrindən tutunmurduq. Google və Alphabet artıq iki icraçı direktora və prezidentə ehtiyac duymur. Bundan sonra Sundar Pichai həm Google şirkətinin həm də Alphabet holdinqinin general direktoru olacaq. O, Google rəhbərliyindən və Alphabet-in digər istiqamətlərdə olan investisiyalar üzrə idarəetmədən cavabdeh olacaq. Biz əvvəlki kimi Google ilə Alphabet-in prinsiplərinə sadiq olaraq qalırıq və direktorlar şurasının üzvləri, investorları və şirkətin həmtəsisçiləri vəzifəsində çalışmağa davam edəcəyik. Bundan əlavə olaraq biz Sundar Pichai ilə mütəmadi ünsiyyətdə olmağı planlaşdırırıq" - deyə məktubda qeyd edilib.

    "Bu cür dəyişiklik Alphabet strukturuna və bizim gündəlik gördüyümüz işlərə təsir etməyəcək. Mən həmişəki kimi Google şirkətinə, texnologiyaların sərhədlərininin genişləndirilməsinə və hər bir şəxs üçün daha faydalı Google-un hazırlanması yolunda görülən gündəlik işlərə böyük diqqət ayıracam" - deyə Sundar Pichai bildirib. Məlumata əsasən bu dəyişiklik səhmdarlar strukturuna və Google yaradıcılarının şirkətdəki paylarına təsir göstərməyəcək. Qeyd etmək lazımdır ki, Larry Page və Sergey Brin ümumilikdə Alphabet-in səs hüququnun 50%-dən çoxunu idarə edirlər.

    Bununla belə Larry Page-in Alphabet kapitalındakı payı 5.8%, Sergey Brin-in payı isə 5.6% təşkil edir. Beləliklə səs hüququnun böyük bir hissəsi sayəsində onlar Sundar Pichai-nin qərarlarına təsir göstərə bilərlər. Larry Page və Sergey Brin, Google şirkətini 1998-ci ilin sentyabr ayında təsis ediblər. Hal hazırda şirkətin bazar dəyəri 900 milyard dollara yaxındır və şirkətdə 100.000-dən çox insan çalışır. Larry Page 62.7 milyard dollar sərvətə, Sergey Brin isə 60.9 milyard dollar sərvətə sahibdir.

    Onlar Forbes-un dünyanın ən varlı şəxsləri reytinqindəki ilk onluğa daxildirlər. 2015-ci ilin oktyabr ayında şirkət rəhbərliyi şirkət strukturunda böyük dəyişiklik etmişdi. Belə ki, nəticədə Alphabet holdinqi yarandı və Google ilə digər şöbələr həmin holdinqin daxilinə keçdilər. Həmin vaxtda Larry Page və Sergey Brin, Alphabet holdinqinə rəhbərlik etməyə başladılar, Google şirkətinin məhsullar üzrə diektoru olmuş Sundar Pichai isə şirkətin CEO vəzifəsinə keçdi

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Büdcəli Galaxy Fold-un sxematik fotosu təqdim oundu: Adi Galaxy Fold-dan necə fə..

İnternetdə artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Samsung şirkəti qatlana bilən Galaxy Fold smartf..


Motorola RAZR 2 hansı texniki özəlliklərə sahib olacaq?

XDA-Developers saytının jurnalistləri bu il təqdim olunacaq qatlana bilən Motorola RAZR 2 smartfon m..


Redmi K30 5G-nin sadələşdirilmiş versiyası Redmi K30i təqdim olundu - QİYMƏTİ..

Xiaomi şirkətinin Redmi brendi Çində Redmi K30 5G smartfon modelinin sadələşdirilmiş versiyası Redmi..


20 ildən sonra elektromobillər bazarı hansı səviyyədə olacaq?

Avropada və Asiyada daxili yanacaq mühərrikli avtomobillərin istifadəsi barəsində qanunların sərtləş..


Kvant hesablama dövrü: Yeni elektron poçt protokolunu hətta kvant kompüteri də h..

Analitiklərin fikirlərinə əsasən insan sivilizasiyası kvant hesablamaları dövrünə yaxın gələcəkdə ay..


Google CEO-su Sundar Pichai gələcək layihələr çərçivəsində yenidən Apple ilə əmə..

Apple və Google şirkətləri ənənəvi olaraq İT bazarda bir-biriləri ilə rəqabət aparırlar. Lakin koron..

×