Logo
    main-post-cover

    "Google", "Snapchat" ilə ortaq ola bilər

    Bildiyiniz kimi artıq bir müddətdir Snapchat, Facebook-la çox ciddi şəkildə mübarizə aparmaqdadır. Hətta Facebook, Snapchata məxsus bir sıra xüsusiyyətləri sahib olduğu platformalarda istifadə etməkdədir. Buna baxmayaraq Snapchat geri çəkilmir, əksinə dirənməkdə və inkişaf etməkdə davam edir.

    Qeyd edək ki, "Snapchat”ı almaq istəyən yalnız "Facebook” olmayıb. Ona sahib olmaq istəyənlər arasında "Google”un da adı çəkilmiş, amma ona da qismət olmamışdı. "Alphabet”ə yatırım edən "Google”, "Facebook"a rəqib olan "Snapchat”la gizli ortaqlıq imzalayıb. Belə ki, şirkət bu haqda heç bir rəsmi açıqlama verməsə də ortaya çıxan nəticələr bunu sübut edir. Google Capital, logosunu və veb saytını yeniləyib özünə yeni CapitalG adı seçib və öz veb saytında yatırım etdiyi şirkətlər arasında Snapchat-ın da logosunu paylaşıb.

    "Google” 2013-cü ildə "Snapchat”a 4 milyard dollar təklif edib, amma sonda rədd cavabı almışdı. Amma buna baxmayaraq son ortaya çıxan faktlar "Google”un müəyyən mənada "Snapchat”da paya sahib olması haqda fikirləri təstiqləyir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    "Google", "Snapchat" ilə ortaq ola bilər | Technote