
Google süni zəkanı dayandıracaq
Elm & Texnologiya
07.05.2017
Farid
Google şirkətinə məxsus DeepMind laboratoriyasının tədqiqatçıları
Oksford Universitetinin mütəxəssisləri ilə birlikdə bildiriblər ki, omlar süni
zəkanı dayandıra biləcək sistem üzərində çalışırlar. Həmin mexanizm süni zəka tərəfindən
ola biləcək təhlükənin qarşısını almaq üçün nəzərdə tutulub. Mexanizmin köməyi
ilə süni zəka sistemini dayandırmaq mümkün olacaq. Əgər insan nəzarəti altında
çalışan sistem ona və ətrafdakı digər insanlara zərər yetirmək istəsə onda
operator avtomatik olaraq həmin sistemi dayandırmağa qadir olacaq. Buna
baxmayaraq tədqiqatçılar inkar etmirlər ki, süni zəka həmin əmri müəyyən
vaxtdan sonra qəbul etməməyi öyrənsin. Belə ki, o operatorun əmrini inkar etməyin
yollarını tapa bilər. Məhz buna görə tədqiqatçıların əsas məqsədi elə bir mexanizmi
yaratmaqdır ki, süni zəka onu inkar edə bilməsin. Sözügedən mexanizm ilk öncə
robotexnika sahəsində istifadə olunacaq. "Stop” əmri həm robotu zərərsizləşdirmək
həmdəki onun ətrafındakı insanları təhlükədən uzaq etmək üçün robotları
dayandırmaq prinsipinə əsaslanacaq. Bundan əlavə olaraq bir çox alimlərin
fikrincə süni zəkaya veriləcək azadlığın məhdudlaşdırılması lazımdır. Nəzəri
olaraq təkamülün müəyyən səviyyəsində süni zəka insanları məhv etməyə yönəlmiş
sistem yarada bilər. Süni zəkanın təhlükəli hallarda dayandırılması üçün nəzərdə
tutulmuş yeni mexanizm ilə bunun baş verməyəcəyi güman olunur.
Paylaş
Bənzər xəbərlər