Logo
    main-post-cover

    Google Tensor G3 mobil prosessoru barəsində ilk məlumatlar verilib

        Google şirkəti artıq yaxın zamanda öz növbəti flaqman smartfonları üçün nəzərdə tutulmuş Tensor G3 prosessorunu təqdim edə bilər. Yeni məlumatlara əsasən Google Pixel 7 smartfonlarında istifadə edilən Tensor G2 ilə müqayisədə Tensor G3-ün performansı diqqət çəkəcək dərəcədə yüksələcək. İnsayderlər bildiriblər ki, Tensor G3 prosessoru 9 nüvəyə sahib olacaq.
        Prosessor özündə 3.3 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X3 nüvəsini, 2.6 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A715 nüvəsini və 2.2-2.3 GHz tezliklərdə çalışan 4 ədəd Cortex-A510 nüvəsini birləşdirəcək. Bir-birilərinə bənzəyən Tensor ilə Tensor G2-nin fonunda yeni prosessorda nüvələrin bu cür konfiqurasiyası olduqca müasir görünür. Bu isə öz növbəsində Tensor G3-ə rəqib brendlərin prosessorları ilə rəqabət aparmağa imkan verəcək.
    Paylaş
    Bənzər xəbərlər