main-post-cover

    Google Translate unikal funksiya əldə edəcək

    Elm & Texnologiya
    29.01.2020
    Emil Nəcəfov
        Süni zəka texnologiyalarının ortaya çıxması ilə online tərcümə servislərinin iş keyfiyyətləri daha da yüksəldi. Lakin Google şirkəti bu cü nailiyyət ilə yetinmək niyyətində deyil. Bir neçə müddət bundan öncə San Fransiskoda bağlı qapılar arxasında keçirilmiş konfrans çərçivəsində şirkət Google Translate servisini tamamilə yeni səviyyəyə yüksəldəcək yeni unikal funksiyanı sərgiləyib. Bu barədə Slashgear saytı xəbər verib. Google şirkəti hal hazırda real zaman ərzində sürətli tərcümə texnologiyası üzərində çalışır.
        San Fransiskoda keçirilmiş tədbir çərçivəsində şirkət transkripsiya vasitəsilə səsin yazılması texnologiyasını və səsləndirilən sözlərin tərcüməsi funksiyasını sərgiləyib. Gələcəkdə Android smartfon istifadəçiləri sadəcə olaraq smartfon mikrofonuna öz nitqlərini səsləndirəcəklər və yeni texnologiya istifadəçinin nə danışdığını təyin edərək onu sürətli şəkildə istənilən dilə tərcümə edəcək. Bununla belə bu cür tərcümə zamanı heç bir gecikmə olmayacaq.
        Tərtibatçılar qeyd ediblər ki, səsləndirilən nitqin qəliz alqoritmlərlə emal olunması səbəbilə bu cür funksiyanın çalışması üçün yüksək sürətli internet bağlantısı lazım olacaq. Şirkət təmsilçiləri qeyd ediblər ki, onlar hal hazırda aktiv şəkildə sürətli tərcümə texnologiyası üzərində çalışırlar. Lakin onun təkmilləşdirilməsi müəyyən zaman tələb edəcək. Belə ki, təkmilləşdirmə prosesi elə neyron şəbəkələrini əhatə edir hansılar ki, daha əvvəllər Google Translate servisində istifadə olunmayıblar. Şirkət bu cür funksiyanın nə zaman işıq üzü görəcəyi barəsində bir məlumat verməyib
    Linki kopyala