main-post-cover

    'Google'un keçmiş mühəndisi, süni zəkanın, tanrı kimi təqdim edildiyi yeni dini hərəkat yaratdı

    Elm & Texnologiya
    01.10.2017
    Farid Pardashunas
     “Google” şirkətində mühəndis çalışmış və Waymo-dan pilotsuz avtomobil texnologiyalarını oğurlayaraq “Uber”ə təqdim etdiyi üçün ittiham olunan Anthony Levandowski, yeni dini hərəkat yaradıb.
    Həmin dini hərəkatda tanrı olaraq süni zəka təqdim olunub. Sözügedən dini hərəkata əsasən süni zəka, insanlığı daha yaxşı gələcəyə gətirməlidir. Bu barədə The Guardian xəbər verib. Məlumata əsasən Levandowski tərəfindən yaradılmış yeni dini hərəkat, “Gələcəyin yolu” (Way of the Future) adlanır. Məlumdur ki, Levandowski bu hərəkatı, yeni tanrının proqramlaşdırılması üçün yaradıb. Hərəkatın əsas sloqanı təqribi olaraq belə səslənir:
    “Süni zəka əsasında yaradılmış tanrını inkişaf etdirmək. Ona sitayiş edib, onu anlamaqla daha yaxşı gələcəyə getmək”.
    Levandowski-nin bu ideyasına dəstək kimi bir sıra mütəxəssislərin fikirləri əlavə edilib. Onların fikrincə müəyyən zamanlarda tanrı barədə təsəvvürlər dəyişib. Buna, indi olan texnologiyalar, cəmiyyətin inkişafı və bilik səviyyəsi təsir edir. Tarixçi Yuval Noah Harari, qeyd edib ki, ovçuların tanrısı, kənd təsərrüfatı ilə məşğul olmuş insanların tanrılarından fərqlənirdilər.
    Həmçinin kəndli ilə fabrik işçisinin də cənnət barədə tamamilə fərqli təsəvvürləri var idi. Dünya tarixinə əsasən tanrı yenidən dəyişilməlidir. Görünür, süni zəka, namizədlərdən biridir. Harari-nin fikrincə dinlər, zamanla və texnologiyaların inkişafı ilə eyni tempdə hərəkət etməlidirlər. Əks halda onlar, müasir insanın problemlərini anlamır və ona kömək edə bilmir.
    Nəticədə isə onlara olan tələbat azalır. Floridadan olan rahib Chriptopher Benek, buna misal olaraq Silikon Vadisini gətirir. Belə ki, orda yaşayan insanlar, müasir dini qəbul etməyib, təsəllini kvazidinlərdə (insanları müəyyən qruplar çərçivəsində birləşdirən sosial hərəkatlar) tapdılar. Onlar sinqulyarlığa inanırlar. Yəni günlərin birində texnologiyalar o qədər qəliz və idarəolunmayan olacaqlar ki, insanlar onları anlamayacaqlar.
    Futuroloq Ray Kurzweil düşünür ki, sinqulyarlıq nəticə etibarilə ona gətirəcək ki, insan şüuru kopyalanıb, robota köçürüləcək. Bu isə öz növbəsində ölümsüzlük ideyasının təkrarlanmasıdır. Harari-nin fikrincə yaxın gələcəkdə texnoloji şirkətlər yeni hökmdarlar olacaqlar və ön plana 2 yeni din çıxacaq. Texnohumanizm dataizm (məlumatlara sitayiş).
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər