
"Google" yeni maraqlı və bir o qədər qəribə tətbiqini təqdim edib
Elm & Texnologiya
07.05.2017
Farid
"Google”ın mobil cihazlar üçün yeni təqdim etdiyi tətbiq yəqin ki, tez bir zamanda hər kəsin telefonunda yer alacaqmış kimi təəssürat yaradır.
Yeni tətbiq olduqca maraqlı və eyni zamanda
bir o qədər qəribədir. Tətbiq Sprayscape adında bir VR kamera tətbiqidir. Belə ki,
bu VR kamera digərlərindən fərqli olaraq şüurlu şəkildə qüsurlu görüntü ortaya
çıxarması üçün nəzərdə tutulub. Tətbiqin maraqlı tərəfi gözlənilən kimi 360 dərəcə
foto görüntü yaratmır, sadəcə ekrana toxunduğunuzda əldə etdiyiniz görüntüləri
bir araya gətirərək 360 dərəcəli bir görüntü ortaya çıxarır.
Sprayscape mobil cihazınızla uyğunluq təşkil
etməyə bilər, ancaq istəsəniz şansınızı sınayın və tətbiqi burdan yükləyərək
istifadə edin.
Paylaş
Bənzər xəbərlər