main-post-cover

    'Google', yüksək texnoloji şəhər tikəcək

    Elm & Texnologiya
    20.09.2017
    Farid Pardashunas
    “Google”da yaradılmış və “Alphabet”in strukturuna çevrilmiş Sidewalk Labs laboratoriyası, şəhər mühitində yüksək texnoloji innovasiyaların istifadə olunacağı tamamilə yeni bir şəhərin tikilməsi planını elan edib.
    Bu barədə laboratoriyanın rəhbəri Dan Doctoroff-a istinadən Financial Times məlumat verib. Şirkət təmsilçiləri, yüksək texnoloji innovasiyalardan istifadə edən şəhər mühitinin, insanların həyatlarını yaxşılaşdırmağa və ekologiyaya təzyiqi azaltmağa imkan yaratdığını sərgiləməyi planlaşdırırlar. Dan Doctoroff başa düşür ki, bu cür şəhərin yaradılması, iddialı bir plandır. Buna görə də ilk öncə yüksək texnologiyaların olacağı şəhər məhələsinin tikilişindən söhbət gedir.
    “Biz həqiqətən də böyük bir şəhər tikmək istəyirik. Bu, şəhər rayonunu xatırladacaq. Lakin kompleksli innovasiyalı laboratoriyaya çevrilmək üçün o daha böyük ölçüdə olacaq” – deyə Dan Doctoroff bildirib.
    Bununla yanaşı o qeyd edib ki, şirkət, innovasiyalı texnologiyaları nəinki nəqliyyat və infrastrukturda, həmdə sosial sahədə və idarəetmədə istifadə edəcək. Sözügedən təcrübi şəhərin harda tikiləcəyi barəsində məlumat verilməsə də, şirkət qeyd edib ki, hal hazırda tikililərin olmadığı böyük ərazilərin axtarışındadır. Qeyd etmək lazımdır ki, “Google”ın həmtəsisçisi Larry Page, hələ 2013-cü ildə bu cür layihə ideyasını vermişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər