
Google öz messengerini təqdim edib
Elm & Texnologiya
07.05.2017
Farid
Google şirkəti istifadəçilərin
məlumatları öz aralarında paylaşmasına imkan verən Spaces adlı servisi təqdim
edib. Faktiki olraq Spaces-i messenger adlandırmaq olar. Google Spaces-in
Google, Chrome, Google Photo və YouTube ilə inteqrasiyası mövcuddur. Spaces-in
köməyi ilə istifadəçi istənilən mövzuya müzakirə yaradaraq həmin müzakirəyə öz
dostlarını SMS, elektron ünvan və digər yollar ilə dəvət edə bilər. Hər bir
post üçün ayrıca çat və açar sözlərinin köməyi ilə sürətli axtarış sistemi var.
Google-ın digər servisləri ilə inteqrasiyası imkan yaradır ki, istifadəçi digər
tətbiqetmələrə daxil olmadan ona lazım olan foto, video və internetdən olan digər
məlumatı əldə etsin. Google Spaces həm web versiyada həmdə Android və IOS
platformalı smartfonlar üçün aktivdir. Servisdən istifadə etmək üçün isə Gmail
istifadəçisi olmalıdır.
Paylaş
Bənzər xəbərlər