
Google öz smartfonunu istehsal edəcək
Elm & Texnologiya
07.05.2017
Farid
Verilən məlumata əsasən Google bu ilin sonuna imi Android əməliyyat
sistemi ilə çalışan öz flaqman smartfonunu satışa çıxardacaq. Məlumatda qeyd
olunub ki, şirkətin öz ilk smartfonunu satışa çıxartmasında əsas səbəb Apple ilə
bazardakı rəqabətdə şirkətin mövqelərini gücləndirmə istəyidir. Hal-hazırda qıraq
istehsalçılar Google ilə sıx əməkdaşlıq edərək Nexus smartfonlarını istehsal
edirlər. Görünür Google daha da irəli gedərək mobil cihazların istehsalı və
onlar üçün yaradılan sistem əməliyyatları bazarında nəzarəti tam olaraq öz əlinə
almaq istəyir. Şirkət öz smartfonlarının satışa çıxarılması üzrə artıq bir çox
mobil operatorlar ilə danışıqlara başlayıb. Bununla yanaşı Google Nexus-u
istehsal edən qıraq istehsalçılar ilə əlaqəni kəsməyi planlaşdırmır. Yeni
smartfonun qiyməti və texniki göstəriciləri haqqında hələki heç bir məlumat
yoxdur. Lakin əgər söhbət iPhone ilə rəqabətdən gedirsə onda çox güman ki, yeni
smartfon flaqman modeli olacaq.
Paylaş
Bənzər xəbərlər