
Google\'dan ağıllı proqram: Google Allo
Elm & Texnologiya
07.05.2017
Farid
Google I/O 2016 tədbirində yeni mesajlaşma proqramı olan Allo'nu təqdim etdi.
Hangouts'un əvəzliyicisi olmayacaq Allo, tamamilə ayrı və yeni proqram olaraq qarşımıza çıxır. Bir "ağıllı" mesajlaşma proqramı olaraq tanıdılan Allo,"Assistant" adlı süni zəka ilə birlikdə gəlir və davamlı olaraq yeni şeylər öyrənir.
Facebook'un Messenger proqramına yeni inteqrasiya etdiyi süni zəkaya bənzər sistemdə olan Allo, sadə interfeysi ilə birlikdə digər mesajlaşma proqramlarında olan hər şeyi özündə birləşdirib. (Sticker, smiley və s.) Allo'nun digər proqramlardan fərqi isə öyrənə bilən "Assistant" adlı süni zəkası və ya başqa adla virtual assistant olmasıdır. Bu assistant sizinlə mesajlaşa bilir, suallarınıza cavab verir və sizə istədiyiniz yerdən rezervasiya edir. Bu proqrama Google hesabınız və ya telefon nömrənizlə giriş edə bilirsiniz.
Paylaş
Bənzər xəbərlər