
"Google"dan Andromeda sistemli planşet gəlir
Elm & Texnologiya
07.05.2017
Farid
"Google” şirkətinin Andromedaadlı yeni əməliyyat sistemini yaratdığını bildirmişdik. Həmin əməliyyat sistemi özündə Android və Chrome OS-in özəlliklərini daşıyır.
Baxmayaraq ki, Andromedahal-hazırda Nexus 9 planşetində test edilir, şirkətin əməliyyat sistemini Nexus
9 üçün public təqdim etməyə planı yoxdur. Görünür yeni əməliyyat sistemi əsasında
nəinki Pixel 3 adlı noutbuk, hətta "Huawei”n istehsal edəcəyi Nexus brendli
planşeti də satışa çıxacaq. "Technote.az”ın "Ferra.ru”a istinadən verdiyi xəbərə
əsasən yeni planşet Nexus 7-nin davamçısı olacaq. Məlumata əsasən cihaz 7 inç
ekran və 4 GB RAM ilə təchiz olunacaq. Onun adının isə Huawei 7P olması gözlənilir.
Huawei 7P-də OC Andromeda haqqında fikirlər iki hissəyə ayrılır. Versiyalardan
birinə əsasən planşet developerlər üçün bir cihaz kimi təqdim olunacaq. Yəni o,
adi Android sistemi üzərində çalışacaq, lakin developerlər üçün Andromeda-nın
beta versiyasına da sahib olacaq.
Paylaş
Bənzər xəbərlər