
"Google"un 15 uğursuz layihəsi. Birinci hissə
Elm & Texnologiya
07.05.2017
Farid
Hətta ən böyük IT şirkətlərdə belə uğursuzluqlar baş verir. "Google” kimi bir şirkət istina deyil. Sizlərə şirkətin 15 uğursuz layihəsinin ilk hissəsini təqdim edirik.
Google Answer
Google AnswerGoogle
Answer layihəsi 2002-ci ildə istifadəyə verilmişdir. Layihə, istifadəçilərin
müxtəlif suallar və həmin suallara cavab vermələri üzərində qurulmuş sosial servis
idi. Günümüzdə bu üsul ilə Mail.ru və Ask.fm servisləri fəaliyyət göstərirlər.
Lakin Google Answer uğur qazana bilmədi və 2006-cı ildə bağlandı.
Google
Lively
Google
LivelyBu layihənin əsas məqsədi istifadəçilərin ünsiyyət
saxlamaları üçün virtual qrafik mühit yaratmaq idi. Layihə bir növ onlayn Simsidi. Google Lively 2008-ci ilin yay fəslində istifadəçilərə təqdim olundu.
Lakin o qədər də məşhurluq qazana biləməyərək həmin ilin dekabr ayında
bağlandı.
Google Glass
Google GlassTamamlanmış reallıq eynəkləri olan Google Glass-ı uğursuz
hesab etmək olmaz. Lakin bununla belə onu həmçinin uğurlu layihə kimi də qəbul
etmək düzgün deyil. İlk ideyalara görə bu innovasiyalı cihaz bütün dünyanı dəyişərək
istifadəçinin virtual mühitlə əlaqə üsulunu yeniləməli idi. Görünür bu
ideyaları reallaşdırmaq alınmadı. İstifadəçilər bu eynəkləri görüb təəccüblənirdilər.
Lakin onları almağa heç kim tələsmirdi. Məhz buna görədə şirkət gözləntiləri
biraz aşağı saldı. Hal-hazırda Google Glass biznes və istehsalat üçün nəzərdə
tutulmuş bir cihazdır.
Google Buzz
Google BuzzGoogle Buzz, Gmail-ə inteqrasiya edilmiş sosial alət idi.
Onun vasitəsilə istifadəçilər bir-birilərinə sürətli şəkildə foto, video və digər
məlumatları göndərə bilirdirlər. Layihə 2010-cu ildə istifadəyə verilmişdi.
2011-ci ildə servisi bağlayaraq şirkət öz diqqətini Google+ sosial
platformasına yönəltmişdi.
Google Play Edition
Google Play EditionGoogle Play Edition (GPE) şirkətin "HTC”, "Samsung”, "Motorola”,
"Sony” və "LG” kimi istehsalçılar ilə birgə hazırladığı məhdud sayda xüsusi
cihaz idi. Cihazlar "Google”ın müxtəlif servisləri ilə çalışmaları üçün
maksimal dərəcədə optimizasiya edilmişdi. GPE cihazlar yalnız ABŞ ərazisində çox
məhdud sayda satılırdı. Böyük uğur qazanmaması nəticəsində 2015-ci ildə layihə
bağlandı.
Paylaş
Bənzər xəbərlər