
"Google"un bu funksiyasından artıq çoxları istifadə edə biləcək
Elm & Texnologiya
07.05.2017
Farid
Bu ilin May ayında keçirilmiş I/O 2016 tədbiri zamanı "Google” şirkəti Early Access proqramını anons etmişdi. Bir ay bundan öncə bu funksiya bəzi tətbiq istehsalçıları üçün aktiv oldu.
Bu funksiya vasitəsilə istehsalçılar öz tətbiq və
oyunlarının ilkin versiyalarını Google Play-ə yükləyə bildilər. Yeni həftədən
başlayaraq isə "Google” bu funksiyanı daha geniş auditoriyaya təqdim edəcək. "Technote.az”ın
"Phonearena.com”a istinadən verdiyi xəbərə əsasən Google Play-ə bütün beta
versiyalar daxil olmayacaq. Belə ki, Google Play-in moderatorları hər bir tətbiqin
servisə yüklənməsindən öncə onları diqqətli bir şəkildə yoxlayacaqlar. Qeyd etmək
lazımdır ki, Early Access funksiyası həm istifadəçilər həmdəki istehsalçılar
üçün əlverişli vasitədir. Müəyyən tətbiqləri və oyunları ilk olaraq oynamaq istəyən istifadəçilər bu üsulla onları Google Play-dən yükləyə bilərlər. Bu isə öz növbəsində
cihazın virusa yoluxması ehtimalını aradan qaldırır. Bundan əlavə olaraq həmin
beta versiyaların istehsalçılar ilə bağlantıları olur. Beləliklə tətbiqdə və
oyunda olacaq hər hansı bir problemi istehsalçılara bildirmək daha da rahat olacaq.
Early Access proqramı ilə təqdim edilmiş oyun və tətbiqlər Google Play-in
ayrıca bir bölməsində yerləşir. Oyunların və tətbiqlərin yeni beta versiyalarının
hər həftə Google Play-də təqdim olunması gözlənilir.
Paylaş
Bənzər xəbərlər