
"Google"un yeni şriftlər təqdim edən platforması-Noto
Elm & Texnologiya
07.05.2017
Farid
Bütün dünyadan insanların öz dillərini istifadə edərək əlaqə saxlaması üçün "Google", Noto adlı açıq mənbəli platforma yaradıb.
Noto öz tərkibində 800 dildən 110.000 simvolu dəstəkləyir. Hər bir simvol Unicode standartına
uyğundur. "Google"ın Android və ChromeOS üçün daha əlverişli olan bu layihə üzərində
5 il çalışıb və tamamlandıqdan sonra Monotype və Adobe ekspertlərindən tipoqrafik
və dizaynı barədə məsləhətlər alıb.
Noto adı isə "No more tofu ” yəni "Heç bir boşluq yox” mənasını
ifadə edir. Hansı ki, bir çoxlarımızın simvol sistem tərəfindən dəstəklənmədikdə ? və ya ⯐ kimi işarələrlə
qarşılaşırıq. Noto bu problemi aradan qaldıraraq eleqant yazı forması təqdim
etməklə yanaşı hər bir layihədə asanlıqla istifadə etməyinizə şərait yaradır.
Bütün şrift növləri
forma və qalınlıqları ilə birgə 472 MB-ın
içində yer alır (Bütün paketə Milli Çin, Simvolik Çin və Koreya simvolları da
daxildir). Ehtiyac olduğu təqdirdə onların hamısını birlikdə bir paket şəklində
seçə bilərsiniz. İstəsəniz ancaq İngilis dili şriftləri olan paketi seçə bilərsiniz.
"Google"un yeni təqdim
etdiyi bu yeniliyi veb saytdan və ya GITHUB-dan əldə edə bilərsiniz. "Google"ın
verdiyi məlumata görə Unicode-a uyğun dillər və simvollar əlavə olunmaqda davam
edir.
Paylaş
Bənzər xəbərlər