Logo
    main-post-cover

    GoPro Hero 12 Black action kamerasının render fotoları və texniki göstəriciləri təqdim edilib

        GoPro Hero 12 Black action kamerası sentyabr ayının ortasına yaxın təqdim edilməlidir. Lakin Roland Quandt adlı məşhur insayder sözügedən action kamerasının render fotolarını və bəzi texniki özəllikləri barəsində məlumatları təqdim edib. Məlumata əsasən GoPro Hero 12 Black modeli keçən ilki GoPro Hero 11 Black modelini xatırladacaq. Lakin action kameranın yeni modeli keçən ilki modeldən bir özəlliyə görə fərqlənəcəık.
        İnsayderin sözlərinə əsasən GoPro Hero 12 Black modeli 1.4 düym ön ekrana və 2.27 düym arxa ekrana sahib olacaq. Yəni ekranların ölçüləri GoPro Hero 11 Black modelinin sahib olduğu ekranların ölçüləri ilə eyni olacaq. Bununla belə yeni modeli keçən ilki modeldən fərqləndirmək asan olacaq. Belə ki, yeni modelin qara plastik gövdəsi göy rəngli nöqtələrə sahib olacaq. Məlumata əsasən GoPro Hero 12 Black modeli 27 MP-lik kamera ilə təchiz olunacaq və o, saniyədə 60 kadr sürətlə 5.3K keyfiyyətində videolar çəkə biləcək. Action kameranın yeni modeli özündə 1720 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
    Paylaş
    Bənzər xəbərlər