
GoPro Hero 7 action kameralarının qiymətləri ilə özəllikləri məlum oldu
Elm & Texnologiya
06.09.2018
Emil
İnternetdə GoPro Hero 7 action kamerasının və onun
versiyalarının qiymətləri ilə özəllikləri barəsində məlumatlar yayılıb. Beləliklə
GoPro Hero 7 Black modeli Hero 6 GP1 prosessoru ilə təchiz olunacaq. Bu model saniyədə 60 kadr olmaqla 4K videolar və saniyədə 240 kadr olmaqla Full HD
videolar çəkə biləcək.
Bundan əlavə olaraq GoPro Hero 7 Black real zaman ərzində
canlı yayım, HDR, 30 saniyəlik Boomerang tərzli videoların çəkilməsi və təkmilləşdirilmiş
Hypersmooth stabilizasiyası funksiyalarına sahib olacaq. Xarici görünüşcə isə
yeni action kamera Hero 6-dan heçnə ilə fərqlənmir. GoPro 7 Silver isə saniyədə
30 kadr olmaqla 4K vdieo çəkə biləcək. O həmçinin ekran, GPS, 30 saniyəlik
Boomerang tərzli videoların çəkilməsi və səsli idarəetmə kimi funksiyalara da
sahib olacaq.
GoPro Hero 7 White modeli isə yalnız saniyədə 60 kadr olmaqla
1440p keyfiyyətli videolar çəkə biləcək. Bu model arxa panel tərəfdən ekranla,
səsli idarəetmə və təsvirin stabilizasiyası özəlliyi ilə təchiz
olunacaq. Yeni GoPro Hero 7 action kameraları 20 Sentyabr tarixində təqdim
olunmalıdır. Güman olunur ki, GoPro Hero 7 Silver modeli 299$-a, Hero 7 White modeli isə 199$-a satılacaq. Hero 7 Black modelinin
qiyməti barəsində isə heç bir məlumat yoxdur.
Paylaş
Bənzər xəbərlər