main-post-cover

    GoPro Hero 8 Black və GoPro Max action kameraları təqdim olunublar - QİYMƏT (VİDEO)

    Elm & Texnologiya
    02.10.2019
    Farid Pardashunas
        GoPro şirkəti yeni Hero 8 Black action kamera modelini təqdim edib. Onu əvvəlki modellərdən fərqləndirən əsas özəllik ondan ibarətdir ki, o, inteqrasiya edilən bərkidici hissələr, daha dözümlü gövdə, təkmilləşdirilmiş stabilizasiya sistemi və qoşula bilən modullar əldə edib. Bununla yanaşı şirkət GoPro Max adlı 360 dərəcəlik kameranı da təqdim edib. Bu barədə The Verge saytı xəbər verib. Xarici görünüşcə GoPro Hero 8 Black əvvəlki modellərə bənzəyir. Lakin onun gövdəsinin aşağı hissəsində dəstəklənə bilən bərkidici hissə yerləşdirilib. Onun vasitəsilə xüsusi keys olmadan kameranı müəyyən yerlərə bərkitmək olar. Kamera sensoru gövdədən daha az səviyyədə önə çıxıb.
        Şirkətin verdiyi məlumata əsasən kamera linzaları isə əvvəlki modellər ilə müqayisədə daha dözümlü olublar. Bütün bunlardan əlavə olaraq GoPro Hero 8 Black modeli suya qarşı dözümlülük özəlliyini də təkmilləşdirib. Belə ki, yeni modeli heç bir keys olmadan 10 metr dərinliyə endirmək olar. GoPro Hero 8 Black-da əsas yenilik isə ondan ibarətdir ki, o, xarici modulların qoşulmasını dəstəkləyir. Bu vasitə ilə kameraya xarici işqlandırma sistemini, əlavə ekran modulunu və ya mikrofonu qoşmaq olar. Xarici dəyişikliklərdən əlavə olaraq GoPro Hero 8 Black həmçinin bir sıra proqram təminatı yeniliklərini də əldə edib.
        Belliklə kamera təkmilləşdirilmiş HyperSmooth 2.0 stabilizasiya sistemini, TimeWarp 2.0 adlı sürətli video çəkilişini, Live Burst adlı canlı foto çəkmə rejimini, müxtəlif fokus məsafəsinə sahib linzalar arasında virtual keçid özəlliyini, daha təkmilləşdirilmiş HDR-ı, yaxşı işıqlandırılmamış mühitdə time lapse videoların çəkilişini, sürəti 8 dəfə aşağı salınmş slow-mo videoların çəkilişini və saniyədə 60 kadr sürətlə 4K keyfiyyətli videoların çəkilişini əldə edib. GoPro Max-a gəldikdə isə o, saniyədə 30 kadr sürətlə 5.6K keyfiyyətində 360 dərəcəlik videolar çəkməyi bacaran 16.6 MP-lik kamera modulunu əldə edib.
        GoPro Max modeli həmçinin sensorlu ekrana da sahibdir. GoPro Hero 8 Black kimi GoPro Max modeli də HyperSmooth stabilizasiya sistemini, TimeWarp time lapse videoların çəkiliş dəstəyini, sürəti 2 dəfə aşağı salınmış slow-mo videoların çəkilişini, 1080p keyfiyyətində online yayım özəlliyini və panoram videoların çəkilişini əldə edib. GoPro Max-ın da gövdəsi suya dözümlüdür, lakin GoPro Hero 8 Black modelindən fərqli olaraq onu 5 metr dərinliyə endirmək olar. Beləliklə Hero 8 Black modeli ABŞ-da 399$-a, Avropada isə 429.99 avro qiymətinə satılacaq. GoPro Max-a gəldikdə isə o, ABŞ-da 499$-a, Avropada isə 529.99 avro qiymətinə satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər