main-post-cover

    GoPro Hero 9 Black action kamerasının render fotoları təqdim olunub

    Elm & Texnologiya
    31.08.2020
    Farid Pardashunas
        Məşhur insayder Roland Quandt hələ təqdim olunmamış GoPro Hero 9 Black action kamerasının press render fotolarını təqdim edib. Sözügedən kameranın təqdimatı yaxın həftələrdə baş tutmalıdır. Təqdim edilmiş render fotolar action kameranın dizayn özəlliklərini və əvvəlki GoPro modellərindən nə ilə fərqlənəcəyini göstərib. Bu barədə Winfuture saytı xəbər verib. Beləliklə təqdim edilmiş render fotolardan da görmək olar ki, GoPro Hero 9 Black modeli öz ənənəvi dizaynını qoruyub saxlayacaq.
        Lakin buna baxmayaraq şirkət ön paneldəki monoxrom ekranı rəngli ekran ilə əvəz edəcək. Bununla yanaşı ekran ölçüsünün bir qədər böyüdülməsi də gözlənilr. Əvvəlki modellərin ön panellərindəki ekran videoçəkiliş üçün seçilmiş rejim barəsində məlumatları əks etdirirdi. Lakin insayderin verdiyi məlumata əsasən GoPro Hero 9 Black modelində ön paneldəki ekranın imkanları genişləndiriləcək. Belə ki, ondan selfie və bloq formatında olan videolarda istifadə etmək mümkün olacaq.
        Bundan əlavə olaraq render fotolardan da görmək olar ki, kameranı müxtəlif aksessuarlara bərkitmək üçün nəzərdə tutulmuş xüsusi bərkidici hissəni birbaşa kamera gövdəsində gizlətmək mümkün olacaq. Məlumata əsasən yeni action kameranın əsas ekranı dəyişilməz olaraq qalacaq. Roland Quandt qeyd edib ki, GoPro Hero 9 Black modeli 5K keyfiyyətində videolar çəkə biləcək. Yeni action kameranın digər texniki özəllikləri və təqdimat tarixi barəsində heç bir məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər