
GoPro Hero5 Black və Hero5 Session kameraları təqdim olundu
Elm & Texnologiya
07.05.2017
Farid
"GoPro” şirkəti Hero5 Black və onun kiçik modeli Hero5 Session kameralarını təqdim edib.
GoPro Hero5 Black kamerası artıq əlavə su keçirtməyən keysə ehtiyac
duymur. Belə ki, kamera özü sukeçirtməz korpusa sahibdir. Onu rahatlıqla 10
metr dərinliyə qədər suya salmaq olar. Həmçinin cihaz bütün fiziki düymələrdən
azad olub. "Technote.az"ın "Hi-tech.mail.ru"a istinadə verdiyi xəbərə əsasən bütün idarəetmələri sensor ekranla görmək olacaq. Cihaz 2 inç sensor
ekranla təchiz edilmişdir və səs əmrləri ilə də çalışa bilir. Yeni model
kamerada yalnız bir düymə var. Həmin düyməyə klikləyərək isə çəkilişə start
verilir. Cihaz saniyədə 30 kadr çəkərək 4K formatında videolar çəkməyə
qadirdir. Səs 3 mikrofon vasitəsilə stereo formatda yazılır. Həmçinin 12 MPkeyfiyyətli fotolar da çəkmək mümkündür. Kamera GPS və USB Type-C ilə təchiz
olunub. GoPro Hero5 Black 399$ qiymətinə satılacaq.
Şirkətin verdiyi məlumata əsasənHero5 Session kiçik ölçüdə olsa belə çox davamlı bir kameradır. Bu modeldədə həmçinin
4K formatlı videoların çəkilişi dəstəklənir. Mikrofon sistemi tamamilə yenilənib.
Artıq istifadəçi kameranı sudan çıxardan kimi səsi yaza bilər. GoPro Hero5 Session299$ qiymətinə satılacaq.
Paylaş
Bənzər xəbərlər