main-post-cover

    GoPro HERO6 Black, rəsmi olaraq təqdim olundu (VİDEO)

    Elm & Texnologiya
    28.09.2017
    Farid Pardashunas
    “GoPro” şirkəti, HERO6 Black kamerasını təqdim etdi.

    Kompakt korpusda olan və su keçirtməyən bu kamera, aktiv idman növləri və ya digər qəliz anlar üçün nəzərdə tutulub. HERO6 Black-ın korpusu, 10 metr dərinliyə kimi dözümlülüyə sahibdir. Bununla yanaşı şirkət qeyd edib ki, kameranın yeni versiyasında rəng ötürülməsi və avtoekspozisiya işinin sürəti yaxşılaşdırılıb.

    Bundan əlavə olaraq kameranın sensorlu ekranından istifadə edərək fotonu zoom etmək mümkündür. Lakin qeyd etmək lazımdır ki, bu, optik zoom deyil, rəqəmsal zoomdur. Yeni prosessor sayəsində kamera daha sürətli çalışır və saniyədə 60 kadr sürətlə 4K formatlı videoların çəkilişini dəstəkləyir. Həmçinin HERO6 Black, saniyədə 240 kadr sürətlə Full HD formatda slo-mo videolar da çəkə bilir. GoPro HERO6 Black, bu ayın sonunda 674$ qiymətində satışa çıxacaq.
    Bununla yanaşı şirkət, GoPro Fusion adlı kameranı da təqdim edib. Bu kamera, 360 dərəcəlik videoların çəkilişi üçün nəzərdə tutulub və şirkətin ilk belə bir kamerasıdır. Onun korpusu sudan tamamilə qorunmuş şəkildədir. GoPro Fusion isə bu ilin Noyabr ayında 882$ qiymətində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər