main-post-cover

    GoPro şirkəti orta büdcəli Hero kamerasını təqdim etdi

    Elm & Texnologiya
    29.03.2018
    Farid Pardashunas
        GoPro şirkəti heç vaxt büdcəli bazara öz diqqətini yönəltmirdi. Alıcılar üçün tək çıxış yolu isə köhnə model GoPro kameralarını almaq idi. Lakin onlar da heç ucuz qiymətə satılmırdılar. Hero adlı yeni kamera isə bu vəziyyəti dəyişməlidir. Xarici görünüşcə yeni Hero kamerası Hero5 Hero6 modellərinə bənzəyir. Kameranın korpusu sudan və tozdan qorunmuş vəziyyətdədir. Kameranın özü isə idarəetmə üçün 2 inç-lik ekrana və çəkiliş barəsində məlumatların əks olunması üçün obyektivin yanında kiçik monoxrom ekrana sahibdir.

        Qənaət məqsədi baxımından kameranın videoçəkiliş keyfiyyəti maksimal dərəcədə aşağı salınıb. Yəni burda 4K keyfiyyətdən söz belə gedə bilməz. Buna görə də istifadəçilər 2K keyfiyyətlə kifayətlənməli olacaqlar. Lakin hətta bu göstərici ilə də yeni Hero kamerası saniyədə 60 kadr tezlikdə video çəkmək qabiliyyətinə sahibdir. Fotolar isə 10 MP-lik keyfiyyətdə çəkilir. Optik stabilizasiyanın hətta digər bahalı modellərdə olmadığı üçün onun yeni Hero kamerasında da olmaması məntiqlidir. Flaqman funksiyalardan Hero-ya çatanı isə səsli idarəetmə özəlliyidir. Beləliklə istifadəçilər öz əllərindən istifadə etməyərək çəkilişi başlada və ya dayandıra bilərlər. Yeni GoPro Hero ABŞ-da 200$ qiymətində satılacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər