
GoPro şirkəti yeni action kamera modellərinin təqdimat tarixlərini elan etdi
Elm & Texnologiya
23.09.2019
GoPro şirkəti özünün yeni action kamera modellərinin təqdimat tarixlərini elan etdi. Bu il təqdimat tədbiri 1 oktyabr tarixində baş tuutacaq. Daha əvvəllər isə şirkət öz kameralarını sentyabr ayında təqdim edirdi. Bu barədə Digger.ru saytı xəbər verib. Məlumata əsasən şirkət təqdimat tədbiri çərçivəsində GoPro Hero 8 Black və GoPro Fusion-un davamçısı olacaq GoPro Max-ı təqdim edəcək. Gözləntilərə əsasən Hero 8 Black modeli saniyədə 120 kadr sürətlə 4K keyfiyyətli və saniyədə 480 kadr sürətlə Full HD keyfiyyətli videolar çəkə biləcək.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...