
Görmə əngəllilərin yenidən görməsini təmin edəcək "bionik göz" kəşf edildi
Elm & Texnologiya
07.05.2017
Farid
İnsan üçün vacib xarakter daşıyan
orqanlardan biri də gözdür. Təəssüf ki, aramızda qəza nəticəsində və
ya anadangəlmə gözdən əlil insanlar mövcuddur. Belə insanlar zaman-zaman müxtəlif
problemlərlə üz-üzə qalırlar. Görmə ilə bağlı problemləri aradan qaldırmaq və
belə problemlərdən əziyyət çəkən insanlara yenidən görmə imkanı yaratmaq üçün
alimlər çoxlu araşdırmalar aparırlar. Belə ki, artıq alimlər buna müəyyən qədər
də olsa nail ola biliblər.
Araşdırmaçılar 30 yaşlı bir qadının beyninə çip yerləşdiriblər. Belə ki, eynəyə bərkidilmiş video kamera çəkdiyi görüntüləri kiçik cib kompüterinə göndərir və onun içində hazırlanan görüntülər ötürücü üzərindən
beyinə göndərilir. Bu hələ ki, ilkin sınaq olsa da artıq bir çox insanlar üçün
vacib həyati əhəmiyyət daşımağa başlayıb. Ümid edirik ki, bu yenilik ölkəmizdə
də bir çox insanlar üçün müsbət xarakter daşıyacaq.
Paylaş
Bənzər xəbərlər