
Görmə qabiliyyətini ev şəraitində yoxlamağa imkan verən EyeQue adlı cihaz (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
EyeQue adlı optik cihaz, smartfon ekranı vasitəsilə gözün görmə qabiliyyətini yoxlamaq üçün nəzərdə tutulub.
EyeQue cihazı, smartfona bərkidilir və myEyeQue tətbiqi vasitəsilə çalışır. İstifadəçi, gözünün görmə qabiliyyətini
yoxlamaq üçün ekrandakı obyektləri izləməlidir. Görmə qabiliyyətinin yoxlanışı
9 testdən ibarətdir. Yoxlamanın nəticələri həkim resepti şəklində təqdim olunur
və gözün görməsinin normallaşdırılması üçün lazımi linza növünü təyin edir.
Beləliklə cihaz, gözün görmə səviyyəsini müəyyən edərək linza və ya eynək
növünün təyin olunmasında istifadəçiyə kömək edəcək. Bundan əlavə olaraq
EyeQue, gözün müalicəsi zamanı gözdə dəyişikliklərin olub-olmamasını da təyin
edə biləcək. Cihazın tibbi cihaz sertifikatlaşdırılması olmadığından onun
təqdim edəcəyi nəticələri məsləhət kimi qəbul etmək olacaq. EyeQue, CES 2017 sərgisində təqdim olunacaq. Qeyd edək ki, sözügedən cihaz Kickstarter platformasında təqdim olunub və 25$ qiymətinə satılacaq. Onun gələn ilin Fevral
ayında satışa çıxması gözlənilir.
Paylaş
Bənzər xəbərlər