main-post-cover

    Gövdə rəngini və formalarını dəyişə bilən BMW i Vision Dee adlı konseptual avtomobil sərgilənib (VİDEO)

    Elm & Texnologiya
    05.01.2023
    Farid Pardashunas
        BMW şirkəti Las Veqasda keçirilən CES 2023 sərgisi çərçivəsində i Vision Dee adlı bir neçə avtomobil konseptini sərgiləyib. Sözügedən avtomobil konseptlərinin əsas fərlqəndirici özəllikləri ondan ibarətdir ki, onlar sahiblərinin əhval-ruhiyyələrinə reaksiya verə və öz gövdə rənglərini tamamilə dəyişə bilirlər. Bununla belə konsept modellərdən biri hətta gövdəsinin bəzi hissələrinin formalarını da dəyişə bilir. Şirkət bu cür özəlliyi rəqəmsal emosional təcrübə adlandırır. Məlumata əsasən i Vision Dee adındadı Dee hissəsi Digital Emotional Experience kimi qələmə verilir.
        Təqdim edilmiş konseptlərdən biri öz gövdəsinin rəngini tamamilə dəyişə bilir və bu halda onun üçün 32 rəng növü aktivdir. Kuzov isə bir-birindən asılı olmayaraq müxtəlif rənglərə boyanan hissələrdən ibarətdir. Bura həmçinin avtomobilin təkərlərinin diskləri də daxildir. Təqdim edilmiş ikinci konsept avtomobil isə faraların ətraf hissələrinin və qəfəsin formalarını tamamilə dəyişə bilir. Bu halda avtomobilin həmin hissələri bir növ istifadəçinin üz ifadəsini əks etdirir. Avtomobilin interyer dizaynının ən maraqlı tərəfi ondan ibarətdir ki, onun ön panelinin bütün hissəsini xüsusi ekran əhatə edir. Xüsusi ekran hətta yan şüşələrin bir hissəsinə də inteqrasiya edilib. Məlumatda qeyd edilib ki, sözügedən konsept modellərdə sərgilənən bəzi texnologiyalar artıq yaxın illərdə şirkətin bəzi avtomobillərində reallaşdırıla bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər