main-post-cover

    GPU Turbo texnologiyalı Honor Play və Honor 9i təqdim olundular (VİDEO)

    Elm & Texnologiya
    06.06.2018
    Emil Nəcəfov
        Honor brendi Çində keçirilmiş xüsusi tədbir çərçivəsində iki yeni smartfonu təqdim etdi. Onlar Play 9i adlanırlar. Sözügedən smartfonlar ilk cihazlardır ki, GPU Turbo texnologiyasını dəstəkləyirlər. Bu texnologiya sayəsində smartfonların qrafik göstəriciləri 60% artır, enerji sərfiyyatı isə 30% aşağı düşür. Hər iki samrtfon çərçivəsiz dizaynda hazırlanıb, Honor Play isə üstəlik flaqman özəlliklərə sahibdir. Beləliklə Honor Play 19:9 nisbətli 2280x1080 piksel keyfiyyətli 6.3 inç ekranla təchiz olunub.

        Nazik çərçivələrin hesabına ekran ön panelin 89-ni əhatə edir. Həmçinin smartfon 8 nüvəli Kirin 970 prosessoru (süni zəka texnologiyasına sahib əlavə bloklu), 4/6 GB RAM, 64 GB daxili yaddaş (microSD dəstəkli), süni zəka texnologiyasına sahib 16 MP + 2 MP ikili arxa kamera, 16 MP-lik ön kamera və 3750 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor Play EMUI 8.2 interfeysli Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Beləliklə 4 GB RAM-a sahib versiya 312$, 6 GB RAM-a sahib versiya isə 375$ qiymətinə satılacaq.
    Honor 9i, Honor Play-in dizaynına sahib olsa da ondan bir qədər aşağı texniki göstəricilərə sahibdir. Belə ki, Honor 9i 19:9 nisbətli 5.84 inç Full HD+ ekran, 8 nüvəli Kirin 659 prosessoru, 4 GB RAM, 64/128 GB daxili yaddaş, 13 MP + 2 MP ikili arxa kamera, 16 MP-lik ön kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon EMUI 8.0 interfeysli Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. 64 GB daxili yaddaşa sahib versiya 220$, 128 GB daxili yaddaşa sahib versiya isə 265$ qiymətinə satılacaq.

    Linki kopyala