Logo
    main-post-cover

    Görüntüsü ilə bizləri gülümsədən, Dünyanın ən böyük hava nəqliyyatı ilk səyahətinə çıxır

    Görüntüsü ilə üzləri gülümsədən dünyanın ən böyük hava nəqliyyatı Airlander 10, ilk səyahətini etməyə hazırlaşır.
    Təxminin 3 illik bir zəhmətin nəticəsində ortaya çıxan təyyarə, hava şarı və vertolyot qarışımı hava nəqliyyatı olan Airlander 10, ilk səyahətini etmək üçün hazırlıqlarını tamamladı və Bedforshire-dakı məkandan çıxardıldı.
    Uzunluğu futbol meydançası, hündürlüyü isə 10 mərtəbəli bir bina qədər olan Airlander 10-un bu ayın sonunda reallaşdırılacaq ilk uçuşdan əvvəl bəzi testlərdən keçirilərək tam olaraq hazır olub-olmadığı sınaqdan keçiriləcək.
    3 həftə ərzində havada qala bilən Airlander 10, ümumi 50 sərnişin daşıya bilir. Nəqliyyat vasitəsinin yaradıcısı "Hybrid Air Vehicles"-ın rəhbəri Stefan MakQlenen, ilk uçuşu barədə hiss etdiyi həyəcanı dilə gətirərək bunları bildirdi: "Belə bir şey barədə danışırıqsa, qeyd etməliyik ki, görmək inanmaqdır. İnsanlara onu göstərməliyik”.
     
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Görüntüsü ilə bizləri gülümsədən, Dünyanın ən böyük hava nəqliyyatı ilk səyahətinə çıxır | Technote