
Günəş sistemində daha bir obyektin səthaltı okeana sahib olduğu güman edilir
Elm & Texnologiya
24.02.2025
Emil
Alimlər Yupiterin peyki olan Avropada artıq maye sudan ibarət səthaltı okeanın mövcud olduğuna dair çoxlu sübutlara malikdirlər. Hətta orada yadplanetli bioloji həyatın ola biləcəyi ehtimal edilir. İndi isə yeni sübutlar Yupiterin digər peyki olan Kallistonun da okeanik dünya ola biləcəyini göstərir. Son zamanlarda astronomlar Uranın peyklərindən birində səthaltı okeanın mövcudluğuna dair sübutlar tapıblar, indi isə yeni məlumatlar Günəş sistemində daha bir okeanik dünyanın olduğunu göstərir. Bu, Yupiterin peyki Kallistodur. Kallisto, qaz nəhənginin ikinci, Günəş sisteminin isə üçüncü ən böyük peykidir. Astronomlar burada səthaltı okeanın mövcudluğuna dair ilk sübutları hələ 25 il əvvəl aşkar etmişdilər.

Kallisto, Yupiterin digər peyki Avropa və Saturnun peyki Enseladdan fərqli xarici görünüşə malikdir. Müşahidələr göstərir ki, bu peyklərdə də buz qatının altında maye sudan ibarət okean mövcuddur. Lakin Kallistoda okeanın varlığına dair sübutlar onun səthinin görünüşü və ya buzla əlaqəli deyil. Kallistoda okeanın mövcudluğunu təsdiqləyən əsas sübutlar Yupiterin güclü maqnit sahəsi ilə əlaqəlidir. Yer kürəsində maqnit sahəsi planetin nüvəsində yaranır, lakin Kallistoda maqnit sahəsi induksiya olunmuş formadadır. Bu, o deməkdir ki, peykin maqnit sahəsi Yupiterin güclü maqnit sahəsi ilə qarşılıqlı təsirdən yaranır. Alimlərin fikrincə, Kallistoda maqnit sahəsinin induksiya olunması üçün onun daxilində elektrik keçirici bir qat olmalıdır. Məhz bu qatın maye sudan ibarət bir okean olduğu düşünülür.

Əvvəllər güman edilirdi ki, Kallistoda müşahidə olunan maqnit sahələrinin əhəmiyyətli bir hissəsi onun ionosferində baş verən induksiya prosesləri ilə əlaqəlidir. Hesab olunurdu ki, ionosferdə yaranan induksiya müəyyən mənada səthaltı su okeanından gözlənilən maqnit sahələrinə bənzəyir. Lakin yeni araşdırma, 1995-2003-cü illər arasında Yupiteri və onun peyklərini öyrənmiş "Galileo" kosmik aparatının məlumatlarına əsaslanaraq göstərir ki, Kallistoda həqiqətən də səthin altında bir okean mövcuddur və peykin maqnit sahəsindən məhz bu okean cavabdehdir. Alimlər Kallistonun dördqatlı modelini yaradıblar və bu modelə peykin ionosferi də daxildir. Modelləşdirmə zamanı onlar buz qabığının qalınlığını, okeanın dərinliyini və elektrik keçiriciliyinin səviyyəsini dəyişiblər.
Yupiterin peyki Avropa:

Araşdırma müəllifləri belə nəticəyə gəliblər ki, Kallistonun maqnit sahəsini güclü keçiriciliyə malik qalın okean təbəqəsi və ionosferanın kombinasiyası yaradır. Astronomlar həmçinin hesab edirlər ki, bu okeanın qalınlığı onlarla kilometr təşkil edir və buz qabığı da təxminən eyni qalınlıqda ola bilər. Bu nəticə peykin səthində müşahidə edilən geoloji xüsusiyyətlərə əsaslanır. Kallistoda okeanın mövcudluğunu tam təsdiqləmək üçün Europa Clipper və JUICE kosmik aparatları Yupiter sisteminə göndərilib. Europa Clipper Kallistodan 250-1800 km məsafədən 9 dəfə keçid edəcək, JUICE isə 1000-7000 km məsafədən 21 dəfə peykin yanından uçacaq. Bu iki aparat 2030 və 2031-ci illərdə Yupiter sisteminə çatmalıdır.
Mənbə: Universe Today
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Erkən kainatda ulduzlar "pambıqvari" buludlarda formalaşıblar
Bütün ulduzlar molekulyar qaz buludlarında formalaşır - bu buludların bəzi hissələri qravitasiyanın təsiri ilə sıxılaraq yeni ulduzların doğulmasına səbəb olurlar. Bu nəhəng qaz buludları yüzlərlə işıq ili boyunca uzana bilər və minlərlə ulduz formalaşdıra bilərlər.

Elm & Texnologiya
Yarasalarda COVID-19-a bənzər yeni virus aşkar edilib
Yarasalarda yeni təhlükəli virus aşkar edilib - o, son pandemiyaya səbəb olan yoluxma mexanizmlərindən istifadə edir və potensial olaraq insanlıq üçün risk yaradır. Lakin alimlər hələ də ümidverici faktorların olduğunu bildirirlər.

Elm & Texnologiya
Alimlər yadplanetli həyatın axtarışı üçün fərqli üsul təklif ediblər
Yerdənkənar həyatın aşkar edilməsi müasir astronomiyanın ən cəlbedici və eyni zamanda ən çətin hədəflərindən biridir. Lakin hətta ən güclü teleskoplar, məsələn, James Webb, bioloji izləri aşkar etmək gücündə deyil.

Elm & Texnologiya
Aktiv səsboğucu sistemli qulaqlıqlar eşitmədə problemlər yarada bilərlər
Böyük Britaniyanın audioloqları aktiv səsboğucu sistemlərə (ANC) malik qulaqlıqların eşitmə orqanlarına, xüsusilə gənclər arasında, mümkün mənfi təsiri barədə narahatlıqlarını ifadə ediblər.

Elm & Texnologiya
Alimlər aşkar edilməsi qəliz qara dəlikləri kəşf ediblər
Astronomlar 2444 ədəd aktiv qara dəlik aşkar ediblər. Bu qara dəliklər cırtdan qalaktikaların mərkəzində gizlənirlər. Alimlərin fikrincə, onlardan 298-i aralıq kütləli qara dəliklərdir.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
