Günəş şüaları və oksigenin təsiri nəticəsində 1 həftəyə parçalanan yeni növ plastik material yaradılıb

Günəş şüaları və oksigenin təsiri nəticəsində 1 həftəyə parçalanan yeni növ plastik material yaradılıb

Texnologiya
13.07.2021 PAYLAŞIM

    Çinli tədqiqatçılar tərəfindən yaradılmış yeni növ plastik material 1 həftə ərzində açıq havada və Günəş şüaları altında parçalana bilir. Alimlərin fikirlərinə əsasən bu, emal edilməsi daha sadə olacaq elektronik məhsulların yaradılması yolunda ilk addımdır. Qeyd etmək lazımdır ki, sözügedən yeni növ plastik material çinli tədqiqatçı Liang Luo-nun bir layihəsi çərçivəsində təsadüfən ortaya çıxıb. Belə ki, tədqiqatçı kimyəvi növ sensorun təkmilləşdirilməsi üzərində çalışırdı. O, yeni polimer örtüyün yaradılması üzərində işlər aparırdı və həmin örtük pH səviyyəsindən asılı olaraq rəngini dəyişə bilirdi.

    Bu proses materialın unikal molekulyar struktura sahib olmasından xəbər verir. Belə ki, monomer zəncirləri örtüyə tünd qırmızı rəng verirlər və həmin zəncirlər yox olduqda tünd qırmızı rəng itir. Təcrübə çərçivəsində Liang Luo aşkar edib ki, materialın tünd qırmızı rəngi itib və materialın özü bir neçə gün ərzində Günəş şüaları altında qalması səbəbilə parçalanıb. Plastik materialların emal məsələsində aparılan araşdırmaların ümumi məqsədi də elə məhz material daxilində bu əlaqələrin parçalanmasıdır.


    Ortaya çıxmış yeni növ plastik material qazlı içkilər üçün butulkaların və ya müxtəlif növ plastik torbaların yaradılmasında istifadə oluna bilməz. Belə ki, sözügedən material Günəş şüalarının və oksigenin təsirləri nəticəsində 1 həftə ərzində parçalana bilir. Bununla belə yeni material parçalanandan sonra o, ətraf mühitə zərər verə biləcək heç bir iz qoymur. Yeni növ plastik material dəqiq şəkildə elastiki elektronik cihazlarda və smartfonlarda istifadə oluna bilər. Belə ki, bu cür məhsulların istehsalı zamanı yeni material Günəş şüalarından və açıq havadan tamamilə izolə edilə biləcək.



DAHA ÇOX


Apple Vision Pro-nun batareya həcmi barəsində yeni məlumat ortaya çıxıb

Vision Pro-nun təqdimatı zamanı Apple şirkəti ənənəyə sadiq qalaraq cihazın texniki göstəricilərinə ..


Acer Nitro XV272URV adlı gaming monitoru təqdim edilib - QİYMƏTİ

Acer şirkəti Nitro XV272URV adlı yeni gaming monitorunu təqdim edib.


Apple investorları Vision Pro-dan razı qalıblar

Apple Vision Pro-nun təqdimatından öncə o, investorları o qədər də maraqlandırmırdı.


İnternetdən xəbərsiz milyonlarla insan: Şimali Koreyada internetdən istifadə təc..

Cənubi Koreyanın People for Successful Corean Reunification (Pscore) adlı insan hüquqları təşkilatı ..


Mark Zuckerberg Apple Vision Pro-nu tənqid edib

Apple şirkəıtinin təqdim etmiş olduğu Vision Pro adlı qarışıq reallıq cihazı Meta-nın CEO-su Mark Zu..


Huawei 3-cü səviyyəli avtopilot sisteminin nə zaman istifadəyə veriləcəyini açıq..

Huawei şirkətinin istehlakçı biznesi şöbəsinin rəhbəri Yu Chengdong 3-cü səviyyəli (L3) avtopilot si..

×