Reklam
Guya Huawei P40 ilə çəkilmiş fotolar əslində professional fotoaparat ilə çəkilibmiş

Guya Huawei P40 ilə çəkilmiş fotolar əslində professional fotoaparat ilə çəkilibmiş

Texnologiya
22.04.2020 PAYLAŞIM

    Huawei smartfonları ildən-ilə mobil bazarın ən yaxşı kameralarını əldə edir və DxOMark reytinqinin ən yüksək pillələrində qərarlaşırlar. Lakin buna baxmayaraq Huawei şirkəti hələ də çəkilmiş bəzi fotoların öz smartfonları vasitəsilə çəkildikləri məsələsində çığallıq edir. Yeni qalmaqal şirkətin öz Huawei P40 smartfon seriyasının reklam kampaniyası üçün elan etdiyi fotokonkurs çərçivəsində yaranıb. Bu barədə 9to5google saytı xəbər verib.


    Sözügedən konkursun iştirakçılarının motivasiya əldə etmələri üçün şirkət “Huawei smartfonları vasitəsilə çəkilib” cümləsinin əks olunduğu yüksək keyfiyyətli fotolardan ibarət video sərgiləyib. Lakin diqqətli istifadəçilərdən biri həmin videoda özünə tanış olan fotoları aşkar edib. Məlum olub ki, ona tanış olan fotolar 3000$-a satılan Nikon D850 professional fotoaparat vasitəilə çəkilib. Sözügedən fotolar isə Su Tie adlı şəxsə məxsusdur və o daha əvvəllər Huawei ilə əməkdaşlıq edib. Fotoların orijinal versiyaları Çinin fotobanklarından birində yerləşirlər.

    Huawei isə öz növbəsində bu səhvi etiraf edib və bu məsələyə görə üzr istəyib. Şirkət təmsilçilərinin verdikləri məlumata əsasən bu səhv fotoları təyin etmiş qeyri-diqqətcil redaktor tərəfindən olub. Əslində isə fotolar konkurs iştirakçılarını ilhamlandırmalıdırlar. Şirkət “Huawei smartfonları vasitəsilə çəkilib” cümləsini fotolardan silərək videonu yenidən təqdim edib. Qeyd etmək lazımdır ki, bu, ilk belə qalmaqal deyil. Belə ki, keçən il buna bənzər hadisə Huawei P30 smartfon seriyası ilə də baş vermişdi.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avropada smartfonlar üçün holoqrafik videozəng texnologiyası hazırlanır

Deutsche Telekom, Orange, Telefonica və Vodafone mobil operatorları holoqram formatında videozənglər..


Google şirkəti Dolby Atmos ilə HDR-ın analoqlarını hazırlayır

Həcmli səs formatı olan Dolby Atmos ilə HDR video formatı böyük məşhurluğa sahibdirlər.


NVIDIA pilotsuz avtomobillər üçün süni zəka əsaslı Drive Thor adlı yeni prosesso..

NVIDIA şirkəti pilotsuz avtomobillər üçün nəzərdə tutulmuş Drive Thor adlı yeni prosessorunu təqdim ..


NIVIDA şirkəti GeForce RTX 4000 videokart seriyasını təqdim edib - QİYMƏTİ..

NVIDIA şirkəti rəsmi olaraq yeni GeForce RTX 4000 videokart seriyasnı təqdim edib.


Saniyədə 100 Mbit sürət: Starlink öz imkanlarını təyyarə sərnişinlərinə sərgiləy..

SpaceX şirkəti Starlink peyk internetinin yer səthindən 9000 metr hündürlükdə Youtube və Netflix-i ə..

×