
Hackerlər 2 milyon dollar oğurlayıblar
Elm & Texnologiya
07.05.2017
Farid
Hackerlər Tayvan-ın birinci kommersiya bankının
bankomatlarından 2 milyon dollara yaxın vəsait oğurlayıblar. Bankomatların
sındırılması üçün hackerlər xüsusi tətbiqlərdən istifadə ediblər. Yəni
sındırılma prosesi üçün plastik kartlara ehtiyac qalmayıb. Hackerlər qısa müddət
ərzində 30 bankomat sındırıblar. Hər bir bankomatın sındırılmasına isə 10 dəqiqə
vaxt lazım olub. Hackerlər vəsaitləri bankomata zərərli tətbiqlər yükləyərək əldə
ediblər. Həmin zərərli tətbiqlərin sayəsində onlar təhlükəsizlik səviyyələrini
keçə biliblər. Bu məsələ ilə bağlı detallar açıqlanmasa da məlumdur ki, hackerlər
smartfon və ya digər mobil cihazlardan istifadə ediblər. Dövlət orqanlarının
verdikləri məlumata əsasən bu hadisə indiyənə kimi olmuş ən böyük oğurluq hadisəsidir.
İstintaqçılar artıq bankomatların sındırılması və cinayətkarların tapılması üzrə
araşdırmala başlayıblar.
Paylaş
Bənzər xəbərlər