main-post-cover

    Hackerlər 533 milyon dollar dəyərində kriptovalyuta oğurladılar

    Elm & Texnologiya
    27.01.2018
    Farid Pardashunas
    Kimlikləri bilinməyən hackerlər Yaponiyanın Coincheck adlı kriptobirjasını hack edərək 533 milyon dollar dəyərində NEM kriptovalyutasını oğurlayıblar.
    Bu barədə Coindesk saytı xəbər verib. Coincheck birjasının zərər çəkmiş müştərilərinə veriləcək təzminatın həcmi və verilmə prosesi barəsində məlumatlar isə yaxın zamanda bildiriləcək. Məlumata əsasən hackerlər yalnız NEM kriptovalyutasını oğurlayıblar. Birjanın hack olunması barəsində təfərrüatlar məlum deyil. Birjanın özü isə işini yaxın zamanda davam etdirəcək. NEM.io fondunun prezidenti Lon Wong-un sözlərinə əsasən oğurlanmış bütün vəsaitlər bir hesaba köçürülüb. Həmin kriptovalyutanın tapılıb geri qaytarılmasına prezident Lon Wong söz verib. 26 Yanvar tarixində isə Coincheck əməkdaşları birjadakı bəzi əməliyyatların dayandırılmasını xəbər veriblər. İlk öncə birja NEM-in daha sonra bitcoindən başqa digər kriptovalyutalar üzrə əməliyyatları da dayandırıb. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər